ArxivXəbər lentiXəbərlər

Bu kitab – “Azərbaycanın 18 illik tarixi”, nədən danışır?

“İranın məşrutə tarixi” və “Azərbaycanın 18 illik tarixi” kitabları “məşrutə” hadisəsinin eniş və yoxuş dolu yolları haqqında və məşrutə dövründən ən dəqiq rəvayətləri danışan kitablardır. Bu iki kitabın müəllifi terror edilərək öldürülmüş mərhum Əhməd Kəsrəvidir.

Hicri – Şəmsi (Günəş) tarixi ilə 1278-ci ilin Tir ayının 2-də (Günəş ili aylarının 4-cüsü) rus kazakları Kolenel Liyaxovun komandirliyi ilə İran milli məclisinin binasını topa atəşinə tutdular… Bu hadisələr müasir İran tarixində “məşrutə” hərəkatı dövrünə təsadüf edir.

Əhməd Kəsrəvinin qələmə aldığı “İranın məşrutə tarixi” və “Azərbaycanın 18 illik tarixi” kitabları “məşrutə” hadisəsinin eniş və yoxuş dolu yolları haqqında və məşrutə dövründən ən dəqiq rəvayətləri danışan kitablardır.

Hicri – Şəmsi (Günəş) tarixi ilə 1278-ci ilində Məhəmmədəli Şah Qacar özünün despotçu və istibdadi rəylərinə müxalif gördüyü İranın “Məşrutə Məclisi”nin binasını həmin il Tir ayının 2-də (Günəş ili aylarının 4-cüsü) Kolenel Liyaxovun komandirliyi altında olan rus kazaklarının vasitəsilə top atəşinə tutdurdu. Bu hadisə zamanı saysız insanlar günahsız olaraq qanına qəltan edildi.

Məlikul-Mütəkəllimin (məşhur vaiz), Mirza Cahangirxan Surisrafil (qəzet yazarı və dilçi alim Əliəkbər Dehxudanın yaxın dostu) tutularaq “Şah Bağı” adlanan yerdə kəndir ilə boğularaq öldürüldülər.

Bununla da quldur şah öz xəyalında elə fikirləşirdi ki, öz diktatorasını qura bilmişdir. Amma milyonların ayağa qalxaraq üsyan etməsi, onun fikirlərini alt-üst edərək onu qaçaraq Rus səfirliyinə sığınmağa məcbur etdi.

Əhməd Kəsrəvinin qələmə aldığı “İranın məşrutə tarixi” və “Azərbaycanın 18 illik tarixi” kitabları “məşrutə” hadisəsinin eniş və yoxuş dolu yolları haqqında və məşrutə dövründən ən dəqiq rəvayətləri danışır, Orta Şəqrin o zaman ən böyük inqilabının ən mühüm hadisələrini hekayət edir və buna görə də bu iki kitab illərdir ki, bütün tarixçilərin bu hadisə (məşrutə hərəkatı) haqqında əsas qaynaqlarından sayılır. Çünki bu iki kitab sədaqətli bir tarixçinin mühüm bir tarixi hadisədən həmişəlik olaraq tarixin səhifələrində qalacaq bir rəvayətidir.

Sonralar KƏSRƏVİ adı ilə məşhurlaşan Seyid Əhməd Hökmabadi tarixçi, yazar, ədəbiyyatçı, din elmləri üzrə araşdırmaçı, qəzetçi, tədqiqatçı, dilçi, hüquqşünas, vəkil və mütəfəkkir idi. O, Tehran universitetinin Hüquq fakültəsinin milliliksevər və milliyyətçi ustadlarından idi. Tehranda vəkil işləyirdi. Əhməd Kəsrəvi Hicri – Şəmsi (Günəş) tarixi ilə 1324-cü ilinin İsfənd (12-ci ay) ayının 20-də (Novruzdan 10 gün qabaq) və 57 yaşında ikən Tehran prokrorluğunun binasının istintaq otağında 27 bıçaq yarası və güllə illə terror edilərək öldürüldü.

Əhməd Kəsrəvinin Ərəb və Fars dillərində 70 -ə yaxın əsəri vardır. Onun mühüm əsərlərindən ikisi “İranın məşrutə tarixi” və “Azərbaycanın 18 illik tarixi” kitablarıdır ki, “məşrutə” hadisəsinin eniş və yoxuş dolu yolları haqqında və məşrutə dövründən ən dəqiq rəvayətləri danışır. Bu iki kitab bu günə qədər bu hadisə barədə ən mühüm və əsas qaynaqlardan sayılırlar.

Onun nəzəriyyələrindən biri budur ki, “azəri” ya “qədim Azərbaycan dili” indiki azərilər yaşayan ərazilərdə “azəri türki” yayılmamışdan öncə İran dilləri ailəsindən bir dil olmuşdur ki, sonradan “azəri türki” adını almışdır. Bu nəzəriyyə dünya dilçiləri arasında ümumi şəkildə qəbul olunsa da, milliyyətçi və irqçi dilçilər bu nəzəriyyəni qəbul etmir və buna müxalifdirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button