ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan İslam Partiyası:Həzrət Zeynəb(ə) Tarixdə elə bir qeyrət və cəsarət nümunəsidi

Bu gün dünya xanımlarının ən şücaətlisi, Şəhidlər Sərvəri Həzrət Hüseynin (s.ə) şəhadətinin canlı şahidi, dövrün hökmdarı, xəlifəsi, Allah tərəfindən lənətlənmiş zülmkar yezidə (l), onun Kərbəlada Peyğəmbər (s) Əhli-beytinə etdiyi zülmə və qətliama qarşı açıqca üsyan edən, bu cinayətin əmrini verən və onu həyata keçirənlərin əsl simasını açıb göstərən və rüsvay edən, Həzrət Əlinin(ə.s) ciyərparası, fədakarlığı heç zaman yaddaşlardan silinməyən Həzrət Zeynəbin mübarək mövlud günüdür.

Azərbaycan İslam Partiyası İslam dünyasında bu əlamətdar gün münasibətilə ilk növbədə zəmanəmizin İmamı İmam Zaman ağanı (ə.f), xalqımızı və bütün dünya Əhli-beytsevərlərini(ə.s) təbrik edir,hər kəsə Allahın izzət və bərəkətini diləyir.

Həzrət Zeynəb(ə) Tarixdə elə bir qeyrət və cəsarət nümunəsi yaratdı ki, bu məktəbi əxz edən və bu nümunəni vücudunda daşıyan hər bir insan azadlıq aşiqi, sədaqət rəmzidir.

Qarabağımızda qəsbkar və zalım düşmənlə Vətən savaşında canını fəda edən, şəhadətə yüksələn, Həzrət Zeynəbin rəşadət və qeyrət nümunəsindən dərs alan neçə-neçə igid əsgərimiz, yaralı və şəhid olan silahdaşlarını döyüş sahəsindən çıxararkən özü də şəhadətə yetişdi. Şəhid anaları və bacıları əzizlərini, Vətənimiz və xalqımız üçün əziz və müqəddəslik nümunəsi olan şəhidlərimizi böyük səbr və təmkinlə qarşıladı, onlara hüzn saxladı. Çünki müsəlman və Əhli-beytsevər xalqımızın vücudunda Həzrət Zeynəb (ə) qeyrəti və sədaqəti vardır.

Bir daha xalqımızı mübarək mövlud münasibətilə təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button