ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan-Gürcüstan sərhədi açıldı

Bu gündən Gürcüstan Azərbaycanla quru sərhədlərini açıb.

Axar.az xəbər verir ki, Gürcüstana daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. Koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçənlər də həmin sənədi təqdim etməli olacaqlar.

 

Ziyarətçilər Gürcüstanda uzun müddət ərzində qalacaqları təqdirdə 72 saatın tamamında öz hesablarına təkrar test yoxlamasından keçməli olacaqlar. Əks təqdirdə, 2 min lari (614 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulub. Arayış tələbi yaşından asılı olmayaraq uşaqlara da şamil edilir.

 

Əcnəbi vətəndaşlara COVİD-19-dan müalicəni nəzərdə tutan tibbi sığorta əldə etmək tövsiyə olunub.

 

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button