ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan Dünya Xoşbətlik siyahıda 88-ci yerdə qərarlaşıb

Dünya Xoşbətlik Hesabatında ilk yerlərdə Finlandiya, Danimarka, İsveçrə, İslandiya, Hollandiya, Norveç və İsveç kimi ölkələr qərarlaşıb.

martın 20-si dünyada “Beynəlxalq Xoşbəxtlik Günü” kimi qeyd edilir. 2002-ci ildən etibarən Dünya Xoşbətlik Hesabatında ən xoşbəxt ölkələrin adları açıqlanır. Artıq bir neçə ildir ki, Finlandiya 7,842 xalla siyahıya liderlik edib. Sonrakı sırada Danimarka (7,620), İsveçrə (7,571), İslandiya (7,554), Hollandiya (7,464), Norveç (7,392) və İsveç (7,363) qərarlaşıb.

“Worldpopulationreview”un məlumatına görə, bu hesabatın hazırlanması üçün tədqiqatçılar 149 ölkədəki vəziyyəti 6 kateqoriya üzrə araşdırıblar:

adambaşına düşən ümumi daxili məhsul,

sosial dəstək,

sağlam ömür uzunluğu,

seçim azadlığı,

əhalinin səxavətliliyi,

ölkədəki korrupsiya səviyyəsi.

Azərbaycan isə adıçəkilən siyahıda 88-ci yerdə qərarlaşıb.

İqtisadçı Natiq Cəfərli  Azərbaycanda xoşbəxtlik səviyyəsinin aşağı olmasının səbəbləri barədə  Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, indikatorlara baxdıqda həqiqətən də tam uyğun bir yerdə olduğumuzu görə bilərik:

“Çünki bu indikatorların bir çoxu üzrə Azərbaycanda problemlər var. Sosial problemlər, səhiyyə, seçim azadlığı ilə bağlı ölkədə ciddi problemər var. Bundan başqa, əhalinin qazancının 52-53 faizinin ərzaq məhsullarına xərclənməsi də ciddi problemdir. Azərbaycanda köklü yanaşmalara, islahatlara ehtiyac var. İnsanların maddi vəziyyəti onların həyat keyfiyyətinin artmasına səbəb olur. Həyat keyfiyyətinin artması isə ömrün uzanmasına təsir edir”.

“Seçki ilə bağlı Azərbaycanda elə bir vəziyyət yaradılmalıdır ki, uduzan udanın əlini sıxsın, nəticələrin şəffaflığına inansın”, – deyə ekspert əlavə edib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button