ArxivIslamŞəkil​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanla İran arasında preferensial ticarət sazişinə 52 növ məhsul daxil edilib – Səfir (FOTO)

Trend-in məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Sadiq Mötəmedianla görüşdə deyib.

Ə.Əlizadənin sözlərinə görə, bu məhsullar iki ölkədə istehsal olunur və qarşılıqlı şəkildə idxal-ixrac edilir:

“Ümid edilir ki, bu saziş yaxın gələcəkdə Azərbaycan və İran arasında ticarət dövriyyəsinin yaxşılaşmasına səbəb olacaq”, – deyə o qeyd edib.

Səfir bildirib ki, Azərbaycanın azad olunmuş ərazilərinin bərpası İranla, xüsusilə də Qərbi Azərbaycan vilayəti ilə əməkdaşlıqların inkişaf etdirilməsinə şərait yaradır.

“Azərbaycan müxtəlif planların icra olunması üçün digər ölkələrin investorlarının imkanlarından istiafdə etmək niyyətindədir. Azad edilmiş ərazilərə investorların cəlb olunması məqsədilə11 martda Azərbaycanda birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Qərbi Azərbaycan vilayəti investorlarının da bu iclasa qatılacağı gözlənilir”, – deyə Ə.Əlizadə bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button