ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qarabağ erməniləri Bakıda görüşməkdən imtina ediblər

“Dağlıq Qarabağ” Xarici İşlər Nazirliyi Azərbaycanın Prezident Administrasiyasının Bakıda görüş keçirmək təklifinə reaksiya verib.

Qondarma qurumun Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın sülhməramlı kontingentinin komandanlığının yerləşdiyi yerdə və vasitəçiliyi ilə görüşə hazırdırlar:

“Biz Laçın dəhlizi vasitəsilə “Artsax”ı Ermənistanla birləşdirən yeganə yolun açılmasını, blokada nəticəsində yaranmış humanitar, infrastruktur və digər təxirəsalınmaz problemlərin həllini prioritet hesab edirik. Həmçinin Azərbaycana hazır həll yollarını boynumuza qoymaq deyil, vəziyyəti sabitləşdirmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün qarşılıqlı məqbul həll yollarının tapılmasına yönələcək digər məsələlərin müzakirəsinə də açığıq”, – deyə məlumatda qeyd olunub.

Eyni zamanda, məlumatda vurğulanır ki, Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanmasına dair siyasi məsələlər tərəflərin bərabərliyi əsasında razılaşdırılmış və beynəlxalq səviyyədə tanınmış danışıqlar formatında müzakirə edilməlidir.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button