ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

ABŞ Azərbaycan ordusunun son hərəkətindən narahatlığını ifadə edib

Vaşinqton Bakı ilə Yerevanı danışıqlara çağırıb.

ABŞ Dağlıq Qarabağdakı son vəziyyətdən narahatdır və davamlı sülh naminə birbaşa dialoqa çağırır.

Bu barədə martın 28-də Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.

Məlumatı “Turan” yayıb.

Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid martın 27-də xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında Azərbaycan ordusunun hərəkətindən narahatlığını çatdırıb:

“O, ABŞ-ın Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqliyini vurğulayıb”.

“Dövlət katibi də tez-tez deyirdi ki, birbaşa dialoq bu problemin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Bu münaqişənin hərbi  həlli yoxdur”, – Vedant Patel belə deyib.

Vedant Patel Bakı və Yerevanı danışıqlara çağırıb:

“Biz Ermənistanı və Azərbaycanı  ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində danışıqlar başlamağa çağırırıq”.

Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığının olduğunu təsdiqləyib.

Nazirlik bildirib ki, tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə ediblər.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button