ArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Xameneinin Məhərrəmlik əzadarlığı haqda 20 tövsiyəsi

Məhərrəmlik ayının əzadarlıqlarının başlaması münasibətilə Ayətullah Xameneinin əzadarlıqla bağlı 20 seçmə ifadəsi və tövsiyəsi
İslaminSesi Məhərrəmlik ayının əzadarlıqlarının başlaması münasibətilə Ayətullah Xameneinin əzadarlıqla bağlı 20 seçmə cümləsini və tövsiyəsini təqdim edir:

1- İmam Hüseynin həyatında bir möhtəşəm məqam var ki qüllə kimi digər sahələri təsir altında qoyur, o da Aşuradır.

2- Həqiqətən də Şiə cəmiyyətinin digər müsəlman cəmiyyətlərinə olan üstünlüyü Aşura xatirəsinə malik olmasıdır.

3- Ən böyük nemətlərdən biri İmam Hüseynin (ə) xatirəsini yad etmək nemətidir. Yəni əzadarlıq məclisləri neməti yəni şiələr üçün Məhərrəm və Aşura neməti

4- Əzadarlıq məclislərinin qədrini bilib, bu məclislərdən yararlansınlar. Onlar bu məclisləri özləri ilə Hüseyn ibni Əlinin, Peyğəmbər Əhli-beytinin, İslamın ruhu və Quranın arasında möhkəm bağlılıq və vasitə qərar versinlər!

5- Məhərrəm ayında Hüseyn maarifini, Əli maarifini ki elə Quran və əsl İslam marifidir, xalqa bəyan edin!

6- Əzadarlıqda zikri-müsibət deyib hüzn yaratmaq istəyirsinizsə, Muhəddis Qumminin “Nəfəsul-Məhmum” kitabını açıb oxuyub, demək kifayət edər və bu ağladar. Bu, insanın atifəsinə təsir edər. Axı nə ehtiyac var ki biz öz xəyallarımızla məclisi bəzəyib-düzəyib, onu əsas hikmət və fəlsəfəsindən uzaqlaşdıraq?!

7- Şeri oxuyanda bunu fikirləşək ki bu şerlə dinləyicinin imanı artmalıdır. Ona görə hər oxunmalı şeri oxumamalıyıq. Elə oxumalıyıq ki, onun kəlmələri, məna və ahəngi hamısı birlikdə təsirli olsun. Bu nədə təsirli olmalıdır?! İmanı artırmaqda.

8- Bəzi işlərlə məşğul olmaq insanları Allaha və dinə yaxınlaşdırır. Onlardan biri bu qədimi əzadarlıqlardır ki camaatın daha da dinə yaxınlaşmasına səbəb olur. İmamın “əzadarlığı klassik şəkildə edin” buyuruğu da buna görədir. Əza məclislərində oturub, rövzə oxumaq, ağlamaq, sinəzənlik etmək, əzadarlıq karvanı, əzadarlıq dəstələri bunlar insanların qəlblərini Peyğəmbərin ailəsinə qarşı meyilləndirir və onları atifəsini coşdurur.

9- Həqiqətən mən nə qədər fikirləşdim baxdım ki bu qəmə vurub, baş yarmaq məsələsi ki bidət və şəriətə ziddir, bunu əziz xalqa deməsəm olmur. Bu işi görməsinlər. Mən razı deyiləm. Əgər biri bunu etdiyini göstərsə mən ondan narazıyam.

10- Lazımdır ki, ölkə müsətvisində bütün qardaş və bacılara təşəkkür edim. Onlar əzadarlıq günlərində əza saxlamaqla, peyğəmbər ailəsinə olan eşqlə Aşura günündə namazları bərpa edirlər.

11- İslam ümməti və İslam cəmiyyəti Aşuranın bir dərs, bir ibrət və hidayət bayrağı olduğunu unutmamalıdırlar. Qətiyyətlə belədir ki İslam Hüseyn ibni Əli və Aşura ilə diri qalıb.

12- Əgər bəziləri canlarına görə Allah yolunu tərk etsə, əgər haq demək zamanı onu deməsələr, vəzifələri və övladlarına görə Allah yolunu tərk etsələr o zaman Hüseyn ibni Əli kimilər qətligaha gedər və çarmıxa çəkilərlər.

13- Əgər Hüseyn ibni Əlinin böyük fədakarlığı olmasaydı, həmin fədakarlıq ki, tarixin vicdanını oyatdı, elə birinci əsrdə islamı yığışdırmışdılar.

14- İmam Hüseynin Kərbəladakı işini mütəhhər babası həzrət Məhəmməd Peyğəmbərin besətdəki işinə bənzətmək və müqayisə etmək olar. Məsələ budur ki, Peyğəmbər Məkkədə bütün varlığı ilə bir dünya ilə baş-başa gəldiyi kimi, İmam Hüseyn də Kərbəla hadisəsində təkbaşına dünya ilə üzləşdi.

15- Burada bir ibrət var. O budur ki, insan baxıb görür ki, Peyğəmbər camaatın gözü qarşısında olan sevimli bir uşaq barədə “Cənnət əhlinin ağası” deyir amma yarım əsr keçir onu faciəli şəkildə qətlə yetirirlər.

16- İmam Hüseyni təkcə Aşura günün döyüşləri ilə tanımayın! O, İmam Hüseynin cihadının bir hissəsidir. Siz onun bəyanatına, yaxşı işlərə çağırmaq, pis işlərdən çəkindirmək prinsipinə, Mina və Ərəfatda verdiyi izahlara, Alimlərə olan xitablarına, diqqət edin. İmamın çox qəribə bəyanatları var ki kitablarda səbt edilibdir. Bunlardan sonra İmamın Kərbəla meydanında etdiklərinə baxmaq lazımdır.

17- Aşuranın dərsləri və mesajları var. Aşura dərs verir ki dini qorumaq üçün fədakarlıq lazımdır. Dərs verir ki Quran üçün bütün varlığından keçməlisən. Dərs verir ki, haqla batilin savaşında kiçik, böyük, qadın, kişi, qoca, cavan, qiymətli, körpə, imam və sadə camaat hamısı eynidir və bir cərgədədir.

18- Aşurasının verdiyi dərs fədakarlıq, dindarlıq, şücaət, qorxmamazlıq, bərabərlik, Allaha görə ayağa qalxmaq, məhəbbət və eşq dərsidir. Aşuranın dərslərindən biri həmin böyük inqilabdır ki, siz onun, zəmanınin Hüseyninin və İmam Hüseynin övladının arxasında durdunuz. Bunun özü Aşuranın dərslərindən biri idi.

19- Bizim hörmətli rəhbərimiz Məhərrəm ayını qanın qılınca qalib gəldiyi ay kimi bəyan etdi. O Məhərrəmin bərəkəti ilə və həmin analiz və həmin məntiqlə qanı qılınca qalib etdi. Bu, Məhərrəm ayının və İmam Hüseynə saxlanılan zikr və əza məclislərinin nemətinin cilvələrindən bir nümunədir.

20- Hüseyn ibni Əlinin İslam ümmətinə verdiyi dərs budur ki, ədalət üçün, onu bərpa etmək üçün və zülmlə qarşılaşmaq üçün həmişə hazır olmaq lazımdır. Gərək bütün varlığını ortaya qoyasan. O müstəvidə mənin və sizin işiniz deyil. Amma bizim vəziyyətlərimiz əxlaqımız, adətlərimiz müstəvisində mümkündür.
ShareFacebookTwitterGoogle+LinkedInTumblr

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button