ArxivXəbər lentiXəbərlər

Akif Çovdarovun məhkəməsinə jurnalistlər buraxılmadı

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Akif Çovdarovun və digər keçmiş idarə rəislərinin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Prosesə Həbib Həsənov sədrlik edir.

Prosesdə iştirak edərək baş verənləri öz mətbu orqanlarında işıqlandırmaq məqsədilə məhkəməyə gəlmiş jurnalistlər əvvəlki prosesdə olduğu kimi, içəri buraxılmayıblar. (Virtualaz.org)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button