ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ayətullah Xamenei Türkiyə prezidenti ilə Qarabağ, Suriya və Fələstini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfəri çərçivəsində Ayətullah Xamenei ilə görüşüb. Bu görüşdə Suriya, Fələstin və Qarabağ barədə fikir mübadiləsi aparılıb. Mehr xəbər verir ki, Ayətullah Xamenei Rəcəb Tayyib Ərdoğanla görüşdə Türkiyə prezidentini Suriyada hərbi əməliyyata başlamamağa çağırıb. Ayətullah Xamenei belə bir hücumun Türkiyə, Suriya və regionun ziyanına, eyni zamanda da terrorçuların xeyrinə olacağını bildirib.

Ayətullah Xamenei son zamanlarda İsraillə yaxınlaşan müsəlman dövlətlərin siyasətinə irad tutub, Təl-Əvivə və ABŞ-a arxalanmağın mənfi cəhətlərindən danışıb. O bildirib ki, yekunda məzlum və müqavimətli Fələstin xalqı qələbə çalacaq. Azərbaycan Respublikasının Qarabağda işğal edilmiş əraziləri geri almasından məmnun olduğunu deyən Ayətullah Xamenei “İranla Ermənistanın yolunu bağlamaqla bağlı siyasətin ola biləcəyindən” söz açıb və İranın bunun əleyhinə olduğunu deyib. Ayətullah Xamenei Türkiyə prezidentinə deyib: “Biz həmişə sizin hökumətinizi daxildəki məsələlərdə dəstəkləmiş, xaricdən edilən müdaxilələrdə də sizi müdafiə etmişik.

Sizin bildirdiyiniz kimi biz çətin günlərin dostlarıyıq. Biz müsəlman Türkiyə xalqı üçün dua edirik.” Türkiyə prezidenti də öz növbəsində Qərbin İrana qarşı sanksiyalarının əleyhinə olduğunu bildirib və Suriya hökumətinin siyasi proseslərə, o cümlədən ölkə konstitusiyasınının yazılması ilə bağlı komissiyanın işinə ciddi yanaşmasını istəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button