ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin Ayətullah Xamenei ilə görüşüb

 Rusiya Federasiyasının prezidenti Vladimir Putin İrana səfəri çərçivəsində İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb. Khamenei.ir xəbər verir ki, Ayətullah Xamenei bu gün Tehranda səfərdə olan Rusiya prezidentini qəbul edib.

Tərəflər qarşılıqlı əlaqələri, bir sıra regional və qlobal məsələləri müzakirə ediblər. Qeyd edək ki, Putin Tehran səfərində Türkiyə və iranlı həmkarları ilə birgə “Astana formatı” çərçivəsində Suriya ilə bağlı zirvə toplantısına qatılacaq. Həmçinin bu səfər çərçivəsində Rusiyanın İranın neft-qaz sahəsinə azı 10 milyard dollar yatırımın edilməsilə bağlı razılıq əldə edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button