ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranda Astana üçlüyünün sammiti keçirilib

 Tehran şəhərində Rusiya, İran və Türkiyə dövlət başçılarının iştirakı ilə “Astana formatı” çərçivəsində zirvə toplantısı başa çatıb. SalamNews İran mətbuatına istinadən xəbər verir ki, Suriya münaqişəsinin nizamlanması üzrə “Astana formatı” çərçivəsində keçirilən zirvə toplantısından sonra yekun bəyannamə verilib.

Bəyannamədə, üç dövlət Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd etməklə yanaşı, Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qaldıqlarını, münaqişəsinin hərbi yolla həlli olmadığını vurğulayıblar.

Üçtərəfli sammitin gələn dəfə Rusiyada keçirilməsi barədə razılıq əldə edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button