AktualAktualArxivXəbər lentiXəbərlər

Iranın Azərbaycan respublikasındakı keçmiş diplomatının Heydər Əliyevlə görüş xatirələri

Iranın Azərbaycan respublikasındakı keçmiş diplomatının Heydər Əliyevlə görüşü və separatçı ədəbiyyatın səhnə arxası cərəyanı haqqındakı xatirələri.

Islam respublikasının keçmiş diplomatı və ölkəmizin məşhur Qafqazşünası Əsğər Fərdi Heydər Əliyevlə xatərələrini nəşr etdirmişdir. Bu xatirələrdə İrana qarşı separatçı ədəbiyyatın yaranma prosesi haqqında təəccüb doğurucu incəliklər vardır. Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən keçmiş diplomat Əsğər Fərdi regionda məşhur Qafqazşünaslardan biridir. O, SSRİ dağıldıqdan sonra islam respublikasının regionda əsas qüvvələrindən biri olmuşdur. Onun SSRİ rəhbərləri, xüsusilə Qafqazdakı rəhbərlərilə xatirələri həmişə xarici informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. O, öz feysbuk səhifəsində bir dəfə H. ƏliyevləƏbülfəz Elçibəyin (Azərbaycanın keçmiş prezidenti idi və onun yeganə siyasəti İranda ixtilaf yaratmaq idi və onun prezidentliyi dövründə Azərbaycan Qarabağ müharibəsindəən böyük məğlubiyyətlərə məruz qalmışdı) aclıq aksiyası haqqında danışığını bildirərək yazmışdır: Əliyev dedi: bunların hamısı (istiqlaliyyət dövrünün siyasətçiləri) yaxşı adamlardırlar. Bunlarla əməkdaşlıq edin. Əlbəttə məncəƏbülfəzlə (Elçibəy) razılığa yetişə bilməzsiniz- o, bu sözləri deyərkən gülürdü- çünki onu antiİran olaraq yetirmişəm. Əlbəttə ona lazımı tapşırıqları yenə verəcəyəm. Fərdi H. Əliyevin dediklərini davam etdirir: 70-ci on illikdə mənə bildilər ki, Əbülfəz türk şairi Yunis Əmrənin şeirlərini oxuyur və bəzi yerlərdə türkçülük haqqında danışır. Adam göndərdim onu gətirdilər. Neçə gün kamerada qaldıqdan sonra ağlı başına gəldi. Onu gətirtdim dosiyasını oxuyub bir az dindirdikdən sonra başa düşdüm ki, bunun fikirləri dərdimə dəyər və eyni halda bu adamda mübarizəəhval-ruhiyyəsi yoxdur. Bir az nəsihət edib öz universitetinə göndərdim. O gündən bizimləəməkdaşlıq etməyə başladı. Onu yavaş-yavaş çapxanalara göndərdim fikri problemi olan adamları özünə cəlb etdi. Əlan gördüyün uşaqların hamısını o mənə təqdim etdi və təhlükəsizlik təşkilatı tərəfindən təlim keçirildi. Sonra onu səfirliyin tərcüməçisi adı ilə KQB-yə işləmək üçün Qahirəyə göndərdim.

Heydər Əliyev

  1. Əliyev Əsğər Fərdi ilə danışığının davamında separatçı mğvzulara keçərək deyir: milli mövzuları Azərbaycan ədəbiyyatına mən özüm daxil etmişəm. Misal üçün Mirzə İbrahımov, Əzizə Cəfərzadə, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm və başqaları mənim göstərişim və birbaşa nəzarətimlə cənubi Azərbaycan mövzusunu və həsrət ədəbiyyatını yaratdılar. Bu mövzunu sənətkarlığın digər sahələrinə də yönəltməyə çalışdım. Məsələn Cahangir Cahangirov mənim göstərişimlə Azad və Araz opersını yazdı. Bütün bunlar mənim ideya və nəzarətimlə həyata keçirdi. Əlbəttə nəzarətdən çixmaq imkanı da vardı. Buna görə də bu adamlar çox yekələşməmiş onları göz altında saxladım. Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy antiİranlığı ilə tanınır, İsalam respublikasının yardımlarına baxmayaraq həmişə İranın əleyhinə danışır vəəməl edirdi. Nəhayət o, Qarabağ müharibəsində faciəli məğlubiyyətinə görə hakimiyyətdən kənarlaşmaq məcburiyyətində qaldı. Onun özü sonralar etiraf etdi ki, islam respublikasının Azərbaycan müsəlmanlarına təmənnasız yardımlarından imyina etmişdir.

Əbülfəz Elçibəy

Bu xatirələr digər tərəfdən Azərbaycan respublikasında həsrət ədəbiyyatı cərəyanının arxa səhnəsini ifşa etdiyinə görə böyük əhəmiyyətə malikdir. SSRİ-nin dağılma ərəfəsində bu ölkənin bəzi şairləri Süleyman Rüstəmin rəhbərliyilə İranın Azərbaycan əyalətlərinin ayrılması və Arazın iki tərəfinin birləşməsi haqqında şeir yazmağa başladılar. Bu da İranda millətçi şairlərin tərəfindən müsbət qarşılandı. Sovet Azərbaycanında həsrət ədəbiyyatının birinci mərhələsi 1945-ci ilə təsadüf edir. Bu dövrdə Stalinin göstərişi və Mircəfər Bağırovun müvafiqətilə Azərbaycan demokrat firqəsisi dəsisələrinə zəmin yarandı. Azərbaycan respublikasının şair və yazıçıları İran mövzusu və separatçı təbliğlərlə çıxış etdilər. Bu növ ədəbiyyatın ikinci dalğası Azərbaycanın istiqlalı ərəfəsində başladı. Bu xatirələr cərəyanın arxasındakı mürəkkəb vəziyyəti ifşa edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button