AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

Ayətullah Sübhaninin Azərbaycan Respublikası prezidentinə məktubu

Bismillahir-Rəhmanir-Rəhim

Azərbaycan Respublikasının möhtərəm başçısı cənab İlham Əliyev! Salam!

Azadlıq sözü bəşəriyyətin eşitdiyi sözlərin ən şirinidir və insanlar daim bu sözdən həzz alıb. Ondan da şirini budur ki, bu sevinc ismarıcını öz həyatlarında müşahidə etsinlər. Belə olduqda bu mənəvi nemət heç nə ilə əvəz edilə bilməz.

Azərbaycan xalqı uzun illər keçmiş Sovetlər Birliyinin istismar boyunduruğu altında yaşayıb və hər tərəfdən təzyiqlərə məruz qalıb. Zorla qəbul etdirilmiş sovet rejimi dağılandan sonra bu məntəqəyə azadlıq küləyi əsdi və istər müsəlman, istər qeyri-müsəlman azərilərin vücuduna azadlıq ruhiyyəsi üfürüldü. Məmnun oldular ki, qardaşlıq və bərabərlik əsasında yanaşı yaşayacaqlar, bir-birlərinin adət-ənənələrinə hörmətlə yanaşacaqlar.

Lakin dəqiq məlumat çatıb ki, Nardaran məntəqəsində Şəhidlər Seyyidi İmam Hüseynin (ə) əzadarlıq mərasimi zamanı ordu və polis qüvvələri müsəlman xalqla zorakı rəftar edib, nəticədə bir qrup şəhid olub, bir qrup yaralanıb. Əlinin oğlu İmam Hüseynin (ə) bayraqlarına qarşı hörmətsizlik edilib. Dinc şəkildə dini mərasim keçirənlərə qarşı belə amansızlığa doğrudanmı haqq qazandırmaq mümkündür?!

Siz bu gün ölkəniz üçün real təhlükə olan təkfirçi və terrorçu qruplarla mübarizə aparmaq barədə düşünməlisiniz ki, xalq da sizə yardımçı olsun.

Nə vaxtsa bu acı günlər ötüb-keçəcək, amma tarix bütün bunları qeydə alır. Bu günlərdən siz və dövlətiniz üçün yaxşı ad, yoxsa başqa bir ad qalsa münasibdir?!

Mən bütün azəri qardaşlarımdan – mən özüm də onlardan biriyəm – səbirli olmalarını, daim dini ayinlərə sadiq qalmalarını istəyirəm. Böyük Allah sizinlədir.

Dini mərasimlər keçirərkən şəhadət şərbətini içən azadlıq yolu şəhidlərinə uzaqdan salam söyləyir, onların ailə üzvləri və yaxınlarına səbir diləyirəm.

Siz çox yaxşı bilirsiz ki, Hüseyn ruhiyyəsi biz azərbaycanlıların damarlarında hərəkətdədir. Heç vaxt Məhəmməd (s) ailəsindən əl çəkmərik. Hər zaman Hüseyn (ə) və hüseynçilərin aşiqiyik.

Sonda canabınızdan istəyirəm ki, ən qısa vaxtda cinayətkarları cəzalandırasınız və bir daha belə faciəli hadisələrin baş verməməsi üçün addım atasınız.

Cəfər Sübhani

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button