AktualAktualArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ayətullah Seyid Həsən Amili Qan lı sərhədləri tərsim edən , y oxsa müsəlmanların həyatını?

 

İran, Türkiyə və Azərbaycan gəncləri!

Ərəb, türk və iranlı gənclər!

Bu məqalə damarlarında seyid-ərəb qanı axan, azərbaycan lı türk dilli və İslami İran vətə ni olan bir nəfərin ürək sözlə ridir. Təbriz Universitetində tarix üzrə təhsil alıb , Muğan, Azərbaycan, İslami İranın sərhəd keşiyində dayanmış ellər və tayfalar üçün tarix yazıb və yazır. Qarşınızdakı məqalədə Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi, şiə aləminin müctəhid və din alimi Ayətullah Seyid Həsən Amilinin Türkiyə və Azərbaycan ölklərinin bir sıra KİV və siyasətçilərinin açıqlamalarına münasibətini tarixi sosiologiya baxımından izah olunmuşdur.

Ayətullah Amili bəzi siyasətçilərin dilindən çıxan və KİV-lərin qələmi ilə yazılan bu sözə münasibət bildirib:

“İran tezliklə parçalanacaq və İranın adı dünyanın siyasi coğrafiyasından mə hv olacaq  .

Ayətullah Amili bu sözlərə belə münasibət bildirib:

“Bu sözlər beynəlxalq sionizmin İslam dünyasını məhv etmək üçün cızdığı planı təbliğ etməkdir. Nə üçün siz İran, Azərbaycan və Türkiyə xalqlarının düşməninin sözçüsü olmalısınız?

Ayətullah Amili xəbərdarlıq edir ki, hansı səbəbdən Türkiyə və Azərbaycan hökumətləri bu adamlara və medialara müsəlmanların düşməni olan İsrailin bəyəndiyi belə sözləri danışmalarına icazə verir lər ?

Sonda da Təl-Əvivin Bakıdakı səfirinə və onun hiylələrinə aldananlara xəbərdarlıq edir ki, ən azından İran İslam Respublikasının ərazi bütövlüyü barədə bu qələti etməsinlər. Çünki İran şir kimidir və zəif m əxluqlar şirin quyruğu ilə oynamasınlar”.

Ayətullah Amilinin bu sözləri ciddi reaksiyalara səbəb oldu. İran və Azərbaycan ölkələrinin, siyasi və ictimai dairələrində, mətbuatında, hətta xarici dost və düşmə n telekanallarında ciddi təkanlara səbəb oldu. Mən də öz növbəmdə və tarixi vicdanıma əsasən, 23 sentyabr 2021-ci ildə “Ayətullah Amili; beynəlxalq sionizmin gözünə tikan” adlı məqalə yazdım. Hazırkı məqaləni isə həmin mövzunun daha artıq açıqlanması və tarixi aspektdən təqdim edirəm. Çünki İran, Türkiyə, Azərbaycan, İraq, Suriya, Sudan, Misir, Pakistan və Əfqanıstanın parçalanması prosesi ciddi bir m övzu olaraq keçmiş tarixin siyasi və ictimai hadisələrində, İslam dünyası xalqının, xüsusilə də İran, Türkiyə və Azərbaycanın bugünkü hə yatında, gələcək taleyində təsirli rol oynayır və oynayacaq. Çox açıq deyirəm ki, müasir əsrlərdə İslam dünyasının siyasi gücünün zəifliyi üzündən Qərb imperializmi İslam ölkələrinin coğrafi sərhədlərini təyin edərkən öz məkirli planlarında “açıq yaranın çirkinin fəvvarəsi” şəklində bir fenomen düşünmüşdür və son onilliklərdə həmin fenomeni 2050-ci ilin üfüqü üçün “qan  sərhədlər” kimi irəli sürmüş, sionist düşərgəsində ciddi şəkildə onun üzərində işləmişdir.

İslam dünyasının gəncləri! “Qanlı sərhədlər” planı Ralf Peterzin şeytani ideyası olaraq beynəlxalq sionizm məktəbində bəstələnmişdir . Bu plan xaç-sionist cərəyanının tarix boyu dərin düşmənçiliyindən qalxmışdır. Bu düşmənçilik Beytül-müqəddəsi işğal etmək üçün Qərb dünyasını 200 il türk, kürd və iranlıların qarşısında qoymuşdu r. Bu 200 ildə milyonlarla günahsız insan qətliam edilmiş , İslam dünyasının özəyi məhv olmuşdur. Bu düşmənçilik səbəb oldu ki, Fransanın Lion Şurasının qəbul etdiyi qərar və katolik papasının əmri ilə və Kilikiya e rməni k ralı nın muzdurluğu ilə (Yeni Ermənistanın iddia edilən erməni tarixi) qaniçən monqol qoşununu Çin sərhədlərinin nestorianlıq xaçı ilə ildırım kimi İslam dünyasının başına ensin. Nə var idisə məhv e dildi , sünni, şiə, ərəb, türki və iranlı xaç alovunda yandırıldı. Ancaq xaçın yandırıcı alovlarının şölələndiyi zaman qəhrəmanlar ayağa qalxaraq İslam dünyasında zülmə məruz qalmışların həyatına görə fəryad qopardılar , xaç planlarını ifşa etməklə oyanış hərəkatlar ın a rəhbərlik etdilər, İslam aləmində “qanlı sərhədlər” oyununu “həyat evinə” çevirdilər, xaçpərəstlər qarşısında müqavimət göstərdilər, canlarını fəda etdilər və İslam dünyasını qorudular. Bugün “Yeni Yaxın Şərq” sionist planının və İslam məmləkərlərində “qanlı sərhədlər” məfkurəsinin batinində amerikalı və ingilis nəzəriyyəçilərin Livan, Sudan, Misir, Suriya, Yəmən, İraq, Türkiyə, Azərbaycan, Ərəbistan, İran, Pakistan, Əfqanıs t an və digər müsəlman ölkələrini parçalamaq, onun xarabalıqları üzərində yeni xaçpərəst-sionist məktəbi qurmaq istəyi dayanır. Belə bir vəziyyətdə Livanda Seyid Həsən Nəsrullahlar və Seyid Həsən Amilinin fəryadları qantökəndir, yoxsa həyat verici?! Belə bir vaxtda oyaq olan şəxs nicat tapır, nökərlik edən, qəflətdə qalan, nifaq törədən, təfriqə salan və etinasız yanaşan isə zillət və xarlıq libası geyinir!!

Mirnəbi Əzizzadə

26 sentyabr, 2021

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button