AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ayətullah Seyid Həsən Amili :Ərəb ölkələrinin kəşfiyyat nazirlikləri öz əməkdaşlarını təlim keçmək üçün Mossadın qərargahına göndərirlər.

Ayətullah Seyid Həsən Amili bu həftəki cümə namazı xütbələrində İraqın tanınmış alimlərindən birinin son açıqlamalarını izah edərək onu belə təhlil edib: Bu yaxınlarda İraqın böyük alimlərindən biri olan Abdullah Nəfisi İslam ölkələrinin padşahları və prezidentlərinin sirlərini açıb, Tomas Qordona istinad edərək ərəb hökmranlarının Mossadla əməkdaşlıq etdiyini bildirib. Tomas deyir ki, biz ərəblərə hərbi güclə qalib gəlməmişik, onlarda olan boşluqlara görə onlara qalib gəlmişik. O, sonra deyir ki, Mossad və ərəb kəşfiyyatları (kəşfiyyat nazirlikləri) arasında heç bir məsafə yoxdur. Ərəb ölkələrinin kəşfiyyat nazirlikləri öz əməkdaşlarını təlim keçmək üçün Mossadın qərargahına göndərirlər. Yəni, Mossad və ərəb ölkələri arasında təhlükəsizlik sistemi bir şeydir, bir sistemdir.

Tomas yazır ki, əgər bir ərəb kralı və ya ərəb prezidenti öz ölkəsinin paytaxtından digər ərəb ölkəsinin paytaxtına getmək istəsə, Mossad onun üçün təyin edir ki, məsələn, bu səfərdə nəyi gündəmə gətirməlidir, nəyi gündəmə gətirməməlidir, kimlə görüşməlidir və kimlə görüşməməlidir.

Sionistlərlə ərəb ölkələrinin təhlükəsizlik sistemi arasında qədim zamanlardan bəri qarşılıqlı xidmət olub.

Abdullah Nəfisi daha sonra belə qənaətə gəlir ki, indiki rəhbərlər Kəbənin pərdəsindən də yapışsalar, yenə onlara etibar etmək olmaz!

Təbii ki, belə olan surətdə müsəlman xalqlar Fələstində müsəlmanlara və məzlumlara kömək etməlidirlər. Mütəal Allah bu haqda ümməti sorğu-suala çəkəcək. Amerika bütün dünyada sanksiyalardan istifadə edir. Niyə biz müsəlmanlar İsrail mallarını boykot etmirik?

Ayətullah Amili sonra deyib: Müsəlman ölkələrinin İsraillə bütün müamilələri boykot edilməlidir. Millətlər bir neçə səbəbə görə öz hökumətlərinə təzyiq göstərməlidirlər:

Birincisi, neft və qazı boykot etmək. Bəzi İslam ölkələri İsrail neftinin 40%-ni təmin edir və bununla fəxr edirlər, yəni Quran ayələrini təhqir edir və fəxr də edir. İsrail döyüş maşınını bu neftlə işə salır. Yəni, bu ölkə İsrailin bütün cinayət və qətllərində şərikdir və bununla fəxr etməməlidir.

İkincisi, xalqlar hökumətləri İsrail səfirliklərini bağlamağa məcbur etməyə çalışmalıdırlar və İsrail səfiri bütün ərəb və İslam ölkələrindən qovulmalıdır. Əgər xalqlar bu mövzuda sussalar, Allah qarşısında bu qanların məsuliyyətini daşıyacaqlar. İnsan bir dini qəbul edirsə, onun tələblərinə əməl etməlidir. Mütəal Allah buyurur: “Sizə nə olub ki, Allah yolunda və (zalımların əlində) aciz qalmış kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”

İmam cümə üçüncü səbəbi belə izah edib: Üçüncüsü, xalqlar İsraildəki səfirliklərini bağlamaq və səfirlərini bu qondarma rejimdən geri çağırmaq üçün hökumətlərinə təzyiq göstərməlidirlər. Əgər xalqlar bunu etməsələr, Allah qarşısında bu qanlara görə cavabdeh olacaqlar. Ümidvarıq, xalqlar İsrailə meydanı elə daraldacaqlar ki, İsrailin bir İslam ölkəsindəki səfiri “mən bu ölkədə özümü öz ölkəmdə olduğundan daha rahat və təhlükəsiz hiss edirəm” deyə bilməsin. Bu cümlə bütün müsəlmanlar üçün ayıbdır. İslam dövlətlərinə də demək lazımdır ki, Amerikadan qorxmayın və deyin:

يَا مَنْ عَنَتِ الْوُجُوهُ لِهَيْبَتِهِ

وَ خَضَعَتِ الرِّقَابُ لِعَظَمَتِهِ

 وَ وَجِلَتِ الْقُلُوبُ مِنْ‏ خِيفَتِهِ

“Ey heybəti müqabilində çöhrələrin yerə dikildiyi,

əzəməti müqabilində boyunların əyildiyi,

Onun qorxusundan qəlblərin titrədiyi!”

 

İsrailə, xüsusilə də Netanyahuya da deyirəm:

وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

“Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.”

Bu ayəyə əsasən, qələbə Amerikanın topları, tankları və silahları ilə, Amerika və Avropanın dəstəyi ilə deyil. Əbəs yerə zəhmət çəkirsiz və su üzərinə yazırsız. Qələbə və izzət Allahın əlindədir.

Ayətullah Amili xütbəsinin davamında deyib: McDonald’s mağazalarının rəhbəri bu yaxınlarda şirkətin bütün İsrail əsgərlərini pulsuz yeməklə təmin edəcəyini açıqladı. Müsəlmanlara qarşı düşmənçilik qaynayan bu iyrənc sözdən sonra bu şirkətin İslam ölkələrində filialının olması uyğundurmu? Bu baxımdan qonşu ölkələrdən birinin qeyrətli millətini McDonald’s mağazalarına hücum edib onların hamısını bağladığına görə alqışlamaq lazımdır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button