AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlərXütbələr

Ayətullah Seyyid Amuli: “Böyük dövlətlər regionda vəziyyəti qızışdırmağa çalışırlar”

Ayətullah Seyyid Həsən Amuli bu həftə Ərdəbildə etdiyi cümə namazı xütbələrində İran və Azərbaycan Respublikası arasında son zamanlar baş verən problemlərə toxunub. Ali Məqamlı Rəhbərin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin imam-cüməsi Seyyid Amuli yaradılan gərginlikdə trans-regional aktyorların rolunu izah edərkən deyib:

“Burada İran və Azərbaycan Respublikası böyük dövlətlərin bölgədə vəziyyəti qızışdırmağa çalışdığına diqqət yetirməlidir. Bir Quran ayəsinə əməl etməklə İranla Azərbaycan arasındakı bütün problemlər həll olar. Allah buyurur: “Kimsə sənə yaxşılıq edərsə, ona yaxşılıq et”. Dağlıq Qarabağın işğalı zamanı İran Azərbaycan Respublikasının tərəfində durdu və Azərbaycanı hər tərəfdən dəstəklədi.

Ali Məqamlı Rəhbərin Ərdəbil əyalətindəki nümayəndəsi sözünə belə davam etdi:

“Haqqı müdafiə etmək, Quran hökmlərinə və qonşu haqqına riayət etmək, Azərbaycan Respublikasına dəstək verməyimizi və müdafiə etməyimizi tələb edirdi. Birinci Qarabağ savaşında İranın yardımı mütləq şəkildə yüz minlərlə insanın həyatını xilas etdi. Bütün bu yardımları edərkən minnət qoymamışıq. İndi də minnət qoymuruq. Fəxrlə kömək etdik, çünki biz Quranın göstərişlərinə və insanlıq borcumuza əməl etmişik.”

İranın Azərbaycana yardımlarını ifadə edən Ərdəbilin İmam-Cüməsi deyib:

“Son müharibədə də İran Azərbaycan Respublikasına çox yüksək səviyyədə kömək etdi, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Birinci Qarabağ müharibəsi zamanı İranın iqtisadi vəziyyəti yaxşı deyildi. Amma qurduğu düşərgələrdə illərlə köçkün qarabağlılara qayğı göstərdi. Heydər Əliyev qaçqın düşərgəsini ziyarət edərkən dedi: “Bura mənim sarayımdan daha yaxşıdır”. Bütün bu yardıların qarşısında tək istəyimiz bu idi. “Kimsə sənə yaxşılıq edərsə, ona yaxşılıq et”. Qonşuluq haqqına hörmət etməyi gözləyirik.”

Seyyid Həsən Amuli çıxışının davamında deyib:

“Azərbaycan Respublikası əvvəllər belə deyildi, xeyirxahlıq qarşısında xeyirxahlıq edərdi. Mən əvvəl də Azərbaycan Respublikasının Dağlıq Qarabağdakı mövqeyini tam dəstəklədiyim və müdafiə etdiyim zaman Azərbaycan Prezidenti Azərbaycan səfiri vasitəsilə çox əhəmiyyətli bir məscid olan Bakının “Heydər” məscidində minbərə getməyim üçün məni Azərbaycana dəvət etdi. Baxmayaraq ki, gedə bilmədim.”

Ayətullah Seyyid Amuli vurğulayıb ki, Azərbaycan Prezidenti İrandan Ermənistana heç bir silah göndərilmədiyini rəsmən bəyan etdi. Azərbaycan xalqını İrana qarşı tamamilə bədbin etmək üçün Azərbaycan Respublikası mətbuatının bir hissəsinin İranın Ermənistana silah göndərdiyini davamlı olaraq yazması bizim üçün çox çətindir:

“Təəssüf ki, Türkiyə mətbuatı və mediası da böyük Türkiyə millətinin İrana düşmən gözü ilə baxması üçün bu yalanı yaymaqda çox səy göstərdi.”

Ali Məqamlı Rəhbərin Ərdəbil əyalətindəki nümayəndəsi bildirib ki, İran qonşuları üçün çətin gün dayağıdır.

 “Bu məsələ Türkiyə çevrilişində aydın oldu”,

– deyə Ayətullah Amuli “15 Temmuz” çevrilişinə işarə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button