AktualAktualArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ayətullah Ərafi: Azərbaycan Respublikası dövləti xalqın dini hisslərinə diqqət yetirsin/ Müqəddəsliklərin təhqir edilməsinə görə üzr istəyin

Hövzə/ Elm hövzələrinin rəisi deyib: Azərbaycan Respublikası dövlətindən gözləyirik ki, xalqın dini hisslərinə diqqət yetirsin. Qum, İran dini hövzəsi və İslam ümməti gözləyir ki, orada müqəddəsliklərin təhqir edilməsinə görə üzr istənilsin.
Hövzə informasiya mərkəzinin müxbiri xəbər verir ki, bu gün Səmavi Sənətlər Festivalının Cameətuzzəhra Oyanış Salonunda keçirilən bağlanış mərasimində çıxış edən Ayətullah Ərafi həbsdə olan bəzi tələbə ruhanilərin aclıq etiraz aksiyasına işarə ilə deyib: Azərbaycan Respublikasının bizə əziz tələbə və ruhanilərdən, dini rəhbərlərindən bir qrupu həbsxanadadır. Son vaxtlar Hacı Taleh və əzizlərimizdən bir qrupu ağır bir etiraz aksiyasına başlayıblar. Məqsəd orada müqəddəsliklərin təhqir edilməsinə etirazdır. Azərbaycan Respublikası dövlətindən gözləyirik ki, xalqın dini hisslərinə diqqət yetirsin. Qum, İran dini hövzəsi və İslam ümməti gözləyir ki, orada müqəddəsliklərin təhqir edilməsinə görə üzr istənilsin.
O əlavə edib: Bilsinlər ki, bizim dini şəxsiyyətlərimiz İslam dünyasının bir məntəqəsindən olsalar da, bütün İslam ümmətinə məxsusdurlar. Gözləntimiz var ki, bu iradlar aradan qaldırılsın. Dostlarımız da öz həyatlarının qorunması üçün addım atsınlar. Onlar İslam ümməti və Azərbaycan Respublikasının gələcəyidirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button