ArxivXəbər lentiXəbərlər

Avropa Parlamentinin prezidenti: “Azərbaycan hakimiyyəti vəziyyəti dərhal dəyişdirməlidir”

“Leyla və Arif Yunusa oxunmuş hökm barədə məlumatı son dərəcə narahatlıq və təəssüf hissi ilə eşitdim. İnsan hüquqlarının müdafiəsi sahəsində iki aparıcı şəxs üçün ağır həbs cəzası müəyyən edən hökmə qədərki hüquqi proses,

Martin Scultz: Azərbaycan hakimiyyəti öz yaxşılığı üçün vəziyyəti dərhal dəyişdirməyə başlamalıdır

beynəlxalq müşahidəçilərin bildirdiyi kimi, son dərəcə ədalətsiz olub. Bu azmış kimi üstəlik məhkum olunanların sağlamlıq vəziyyəti qətiyyən nəzərə alınmayıb. Buna görə də mən Avropa Parlamentinin bu gün bir daha qət etdiyi kimi təcili tibbi yardıma ehtiyac duyan Leyla və Arif Yunusu dərhal azadlığa buraxmağa çağırıram”.

Bunu Avropa Parlamentinin prezidenti Martin Schulz deyib.

Martin Schulz jurnalist Rasim Əliyevi ölümünə və Xədicə İsmayılın məhkəməsinə də toxunub: “Jurnalist Rasim Əliyevin qətlini və araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı cinayət təqibini göz önünə alaraq deyə bilərik ki, bu məhkəmə və hökm, təəssüf ki, Azərbaycanda vətəndaş

Azərbaycan hakimiyyəti öz yaxşılığı üçün vəziyyəti dərhal dəyişdirməyə başlamalıdır

cəmiyyətinə qarşı amansız repressiv tədbirlərdən yalnız biridir”.

Avropa Parlamentinin prezidenti əlavə edib ki, Azərbaycan hakimiyyəti öhdəliklərini yada salmalıdır: “Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa İttifaqının mühüm tərəfdaşı olduğundan bu ölkənin hakimiyyəti insan hüquqları və demokratiya ilə bağlı tərəfdaşlıq öhdəliklərinə uyğun davranmalıdır. Azərbaycan hakimiyyəti öz yaxşılığı üçün vəziyyəti dərhal dəyişdirməyə başlamalıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button