ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstan müsəlmanlarının təsis etdiyi İnternet TV-nin iki yaşı tamam oldu – FOTO

“Muslimmedia” internet televiziyasının iki yaşı qeyd edilib

İslamazeri.az xəbər verir ki, “Muslimmedia” internet televiziyasının iki illiyi münasibəti ilə TV əməkdaşları bir araya gəliblər. Tədbirdə dünyada ictimaiyyətin formalaşmasında, informasiya cəmiyyətinin inkişafında və mədəni tərəqqi və maarifləndirmə sahəsində İnternet Tvnin təsiri və rolu haqda söhbətlər edib. Müsbət media haqqında fikir mübadiləsi aparıblar.
Quran-Kərimin tilavətindən sonra giriş sözü ilə tədbiri açıq elan edən İnternet Tvnin rəhbəri Vidadi Qurbanov çıxış və ürək sözlərini söyləmək üçün qonaqlara söz verdi.
Çıxışı zamanı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə TVnin rəhbərinə və verlişlərin hazırlanmasında zəhməti olan ruhani bacı və qardaşlara təşəkkür etdi. O, İnternet TVnin bir il müddətində hazırladığı dini, mənəvi verilişlərin xalqımızın ənənəvi İslamla bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı dinimizin ehkam, əqidə və əxlaqi dəyərləri ilə tanış etdiyini bildirdi. Qeyd etdi ki, iki il müddətində TV “Haqqa doğru”, “Haqqa sarı”, “İslamda ailə”, “Mizanul-hikmə”, “Hikmətli kəlamlar” və “Məsumların həyatı”, “Sual və cavab”, “Quranı öyrənək!” adılı verilişlərdə din, elm və ədəbiyyat adamları iştirak edərək gözəl və sadə bəyanları ilə xalqımızın maariflənməsinə səbəb olmuşlar.
Sonda Muslimmedia Tvnin verlişlərində iştirak edənlərə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən hədiyyələr təqdim olundu.
Qeyd edək ki, Muslimmedia Tv www.muslimmedia.ge saytı, Youtube portalı və və sosial şəbəkələr vasitəsilə paylaşılır. 2015-ci ilin mart ayında yayıma başlayan televizyada artıq 500-ə yaxın verliş tamaşaçıların ixtiyarına verilib.

İslamazeri.az Redaksiyası adından, biz də öz həmkarlarımızı təbrik edir, bundan sonra da, işlərində uğurlar arzu edirik!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button