Aktual

Avropa Parlamentinin məruzəçiləri Yerevanın Qarabağda yol çəkməsini pisləyiblər

Məruzəçilər Jelyana Zovko (Xorvatiya), Trayan Basesku və Marina Kalurandın bəyanatında deyilir ki, “ötən il elan edilmiş Ermənistanla Dağlıq Qarabağ arasında üçüncü avtomagistralın tikintisi tezliklə başlanmalıdır. Yeni yol infrastrukturu Ermənistanda Qafanı və Dağlıq Qarabağda Hadrutla birləşdirəcək. Bu, işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçəcək”, – bəyanatda vurğulanır.
Bu yolun tikintisi barədə qərar rəsmi Bakının razılığı olmadan və beynəlxalq hüququn pozulması ilə qəbul edilib. Eyni zamanda o, Dağlıq Qarabağın və ətraf rayonların işğalını rəmzi olaraq möhkəmləndirir, bəyanatda qeyd olunur.
Məruzəçilər birmənalı olaraq bu təşəbbüsü etimad və sülhün bərqərar olmasına şərait yaratmayan təşəbbüs kimi pisləyiblər.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyən Avropa parlamentariləri Ermənistan və Azərbaycan hakimiyyətlərini “Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində” danışıqlar prosesinə səmimi sadiqlik nümayiş etdirməyə çağırıblar.
Qeyd edək ki, Azərbaycan hakimiyyəti Avropa Parlamentini sərt tənqid edərək “ermənipərəst” adlandırıb və Azərbaycana qarşı “düşmən” mövqedə olduğunu bildirib. Bundan əlavə, Azərbaycan ali rəhbərliyi Avropa Parlamentinin qəbul etdiyi bütün sənədləri və bəyanatları “heç bir əhəmiyyəti olmayan kağız parçaları”adlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button