ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Avropa Məhkəməsində Nardaran hadisələrilə bağlı yeni kommunikasiya başlayıb

Avropa Məhkəməsi Nardaran hadisələri zamanı həbs edilən şəxslərdən 8 nəfərinin şikayəti üzrə kommunikasiya başlayıb.

 Bu barədə məlumatı vəkil Fariz Namazlı verib:

 “Onlar Nardaran hadisələri zamanı tutularkən və Polis bölməsində saxlanılarkən işgəncəyə, qeyri insani rəftara məruz qaldığından şikayət edirlər.

Ərizəçilər – Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Elman Ağayev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev, Ruzi İsmayılovun şikayəti üzrə Avropa Məhkəməsi Konvensiyanın 3 və 13-cü maddələrinin pozuntusuna dair bir sıra suallar ünvanlayıb. 
Qeyd edim ki, Nardaran hadisələri zamanı həbs edilmiş digər şəxslərin işgəncəyə məruz qalmasına dair şikayəti üzrə Avropa Məhkəməsi 1 il əvvəl kommunikasiya başlamışdı, həmin iş üzrə kommunikasiya bitib, qərar gözlənilir. 

Bundan əlavə, Məhkəmə Nardaran məhbusu Abbas Hüseynovun Qobustan həbsxanasına köçürülərkən işgəncəyə məruz qalmasına dair verdiyi şikayət üzrə də kommunikasiya başlayıb və bu şikayət yuxarıda adları qeyd edilən şəxslərin şikayətinə birləşdirilib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button