ArxivXəbər lentiXəbərlər

Avropa dəyərləri: Peyğəmbərin (s) karikaturunu çəkmək olar, amma Netanyahunun isə yox! – Foto

Almaniya qəzetlərindən “Süddeutsche Zeitung”un karikaturaçısı Diter Haniç İsrail rejiminin Baş naziri Benyamin Netanyahunun karikaturasını çəkdikdən sonra yəhudi düşmənçiliyində günahlandırılaraq, qəzetdəki işinə son verilib.

“Süddeutsche Zeitung” baş redaktoru Volfqanq Krax karikaturaya görə üzr istəmək məcburiyyətində qalıb.

Qəzetdən Haniçin işdən çıxarılması ilə bağlı verilən açıqlamada “Cənab Haniç ilə antisemitist stereotiplərin karikaturada nə olduğu mövzusunda redaksiyamızda fikir ayrılığı olub. Bu yalnız dərc olunan karikaturada deyil, həmçinin cənab Haniç ilə görüşlərdə də görülüb”, – deyə bildirilib.

Dieter Haniçin çəkdiyi karikaturada israilli müğənni Netta Barzilayın “Eurovision” mahnı müsabiqəsində birinci olmasına toxunulub. Barzilayın paltarı geydirilən və əlində bir raket çəkilən Netanyahu “Gələn il Qüdsdə” deyə mahnı söyləyən formada əks olunub.

Sosial mediada və digər alman mediasında reaksiyalardan sonra Haniçin vəzifəsinə son verilib.

Haniç isə alman mediasına verdiyi açıqlamada işinə son verildiyini təsdiq edərək, karikaturada izah etmək istədiyi məsələnin Netanyahunun müğənni Nettanı qələbəsini sui-istifadə etmək istəməsi olduğunu vurğulayıb.

O, çəkdiyi karikaturaya görə peşman olmadığını da diqqətə çatdırıb.

Xatırladaq ki, Dieter Haniçin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edən, hətta təhqirə çatan karikaturaları daha əvvəl eyni qəzetdə dərc olunmuş, ancaq o karikaturalar mətbuat və söz azadlığı səbəbiylə müdafiə edilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button