ArxivXəbər lentiXəbərlər

Azərbaycan İslam Partiyası məhbusların əfvi ilə bağlı məsələni müzakirə edib

Azərbaycan İslam Partiyası idarə heyətinin bu gün geniş toplantısı keçirildi

İslamçılar Cumhuriyyətin 100 illiyi münasibətilə çoxsaylı məhbusun azadlığa buraxılması, ölkə prezidenti tərəfindən əfv sərəncamının verilməsi məsələsini müzakirə ediblər. Toplantı iştirakçıları qeyd etdilər ki, bu istiqamətdə hakimiyyətin atacaq addımı bir çox ailənin sevincinə səbəb ola bilər.

AİP funksionerləri müzakirə zamanı diqqəti həm də atılacaq addımın Ramazan ayına təsadüf etməsinə yönəldərək onu da bildirdilər ki, mübarək Ramazan bütün müsəlmanlar üçün rəhmət və mərhəmət ayıdır. ”Bu mənada atılacaq addımın məhbus dindarlara, xüsusən də bu gün zindanlarda ömür sürən İslam alimlərinə tətbiq edilməsinə böyük zərurət yaranmışdır. Dini dəyərlərimizin daşıyıcıları olan dindarlar sabit və müsəlman cəmiyyətinə əhəmiyyətli nümunədirlər. Bu gün onların azadlıqda olmaları, cəmiyyətlə açıq ünsiyyətlərinə böyük ehtiyac vardır.

Dünyada İslam dininə ikili münasibətin mövcud olması onu göstərir ki, bir tərəfdən müqəddəs dinimizə sevgi və məhəbbətlə yanaşan, İslamı bəşəri dəyərlərinə görə böyük rəğbətlə qəbul edənlərlə yanaşı, eyni zamanda İslama və müsəlmanlara qənim kəsilənlər də az deyil. Belə bir dövrdə və eyni zamanda ruhani dindarlar üçün daha əziz olan bir tarixi günlərdə-mübarək Ramazan ayında onların azadlığının təmin olunması, ailələrinə qovuşdurulması Allahın sevdiyi bir hal kimi qiymətləndirilməli və təmin olunmalı məsələ kimi dəyərləndirilməlidir. “ – deyə müzakirə iştirakçıları qəbul olunacaq aktda dindarlar və ailələrinin nəzərdən qaçırılmayacaqlarına ümidvar olduqlarını, azadlıqlarının təmin olunacaqlarını bildirdilər.

Azərbaycan İslam Partiyası Mətbuat Xidməti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button