ArxivSONXƏBƏRLƏRSosialXəbərlər

Astaraçay Körpüsü strateji əhəmiyyətli layihədir

İran qəzeti bildirir ki, Astaraçay tranzit körpüsünün inşası cənub ölkələrini İran üzərindən Qafqaza, Rusiyaya, Avrasiya regionuna və Şimali Avropaya qovuşduracaq, İran yolu ilə yük tranzitini ikiqat artıracaqdır.

“Şimal-Cənub Dəhlizinin qızıl körpüsü” sərlövhləli məqadə İran-Azərbaycan sərhədində Astaraçay körpüsünün tikintisinin üstünlükləri barədə deyilir: İran hökumətinin nəqliyyat sahəsində mühüm məqsədlərindən biri qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi, yeni ticarət və tranzit imkanlarının yaradılmasıdır. Müqavimət iqtisadiyyatı siyasətlərinin həyata keçirilməsinə və ölkənin beşinci və altıncı inkişaf planlarına görə, hər il İranda transit sahəsində 10% artımın şahidi olmalıydıq. Hökumət nəqliyyat infrastrukturunu inkişaf etdirməklə, ticarət və tranzit qanunlarını asanlaşdırmaqla, xüsusilə region ölkələri ilə ticarətdə tranzit mallarının daşınmasından valyuta gəlirlərini artırmaq niyyətindədir.

Müvafiq olaraq, nəqliyyatın müxtəlif sahələrində infrastrukturun qurulması sahəsində yeni plan və proqramlar həyata keçirilir. Bu arada ən çox ticarət mübadiləsinin aparıldığı məntəqələrdən biri İranla Azərbaycanın Astara sərhədidir. Astarada dəmir yolu, dəniz, avtomobil və gömrük sərhədləri var. Quru sərhədində hazırda 450-yə yaxın yük maşını hər gün Astara sərhədindən keçir. Lakin Astara körpüsünün köhnə olduğuna xatir yeni körpünün tikintisi gündəmdədir və bu yaxınlarda İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycan Respublikasına səfəri zamanı iki ölkə arasında körpünün tikintisinə dair saziş imzalandı.

İranın Yol və Nəqliyyat Təşkilatının Beynəlxalq Tranzit və Nəqliyyat Bürosunun baş direktoru Cavad Hidayəti “İran”a müsahibəsində yeni körpünün tikintisinə toxunaraq deyib: İkinci Dünya Müharibəsi zamanı tikilmiş metal körpü artıq tələbata cavab vermir. Azərbaycan Respublikası, Rusiya və Avrasiya regionu ilə ticarətin inkişafı ilə əlaqədar ölkədə tranzit və daşımaların böyük hissəsinin sərhədyanı Astara rayonundan həyata keçirildiyini nəzərə alaraq, yeni körpünün inşası barədə saziş imzalandı.

Onun sözlərinə görə, bu regionda daşımaların artmasının bir hissəsi Azərbaycana, digər hissəsi isə Gürcüstan, Rusiya, Avrasiya ölkələri və Şərqi Avropaya tranzit olunan yüklərlə bağlıdır.

Hidayəti qeyd edir ki, Astaranın nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər ediləcək. Və yeni körpü Astara şəhərində dəmir yolu körpüsü və dəmiryol vağzalı ilə bitişik olacaq. Körpüdən hər gün təxminən min yük maşınının keçməsi təmin ediləcəkdir, bu isə daşımalarda azı iki dəfə artım deməkdir.  

İran qəzeti öz reportajının davamında yazır ki, dəmir yolu körpüsünün yanında salınan bu körpü tranzitin asanlaşdırılması və region iqtisadiyyatı üçün gəlir gətirən mənbə olacaq. Bu körpü İran Astarasını Bakıya qovuşdurur və şimal-cənub dəhlizinin bir hissəsidir. Astaraçay körpüsü İranın Qafqaz, Rusiya, Mərkəzi Asiya və Şimali Avropaya, Azərbaycan Respublikasının isə Fars körfəzinə və Oman dənizinə çıxışını təmin etməkdə həyati rol oynayacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button