ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Amerika əsla hesablamadığı yerdən zərbə alacaq

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, Amerika bu gün əsla hesablamadığı yerdən zərbə alacaq. O həzrət vurğulayıblar: Bu gün Amerikanın öncəki və hazırkı prezidentləri əlbir olublar ki, Amerikanın yerdə qalan abrını aparsınlar və aparırlar da.

İran hava qüvvələrinin elektronika bölməsinin 1357-ci günəş ili bəhmən ayının on doqquzunda Həzrət İmam Xomeyni(r.ə.) ilə tarixi beyətinin ildönümündə İran İslam Respublikasın Ordusunun hava qoşunları və hava hücumundan müdafiə qüvvələrinin komandanları və işçilərindən bir qrupu bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei ilə görüşüb.

Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə buyurublar: Haqq qüvvəsinin küfr qarşısında meydana girdiyi hər bir məkanda, düşmən/ batini və məzmunu olmayan bütün zahiri heybəti ilə öz hesablamalarında yanılır.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Hər kəs hər bir dövrdə həmin amalların istiqamətində hərəkət edərsə, əslində bu hərəkətə şərik olmuş olar. Buna görə, hava qüvvələrinin komandanları və işçiləri də on doqquz bəhmən iftixarlarından bəhrələnmiş kəslərdəndirlər. Hava qüvvələrinin həmingünkü hərəkəti Pəhləvi rejiminin çürümüş cəsədinə son zərbəni endirdi və bu rejimin nəhs komasını məhv etdi.

İslam İnqilabının Böyük Rəhbəri bu görüşün əvvəlində belə deyiblər: Mən həkimlərin elan etdikləri protokollara ehtiyatla yanaşıram və onlara sadiqəm. Mən onlara əməl etməyi özümə vəzifə bilirəm və əməl edirəm də. Maska üzərində israr edirəm və vaksinasiyanın üçüncü mərhələsini də həyata keçirmişəm.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Əziz İran xalqına tövsiyə edirəm ki, bu sahə üzrə mütəxəssislərin hər bir sözünə diqqət yetirsin və qulaq assın. Onların məsləhət gördükləri və lazım bildikləri məsələni yerinə yetirsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button