ArxivXəbər lentiXəbərlər

Araz Əlizadə İslam ölkələrinin Ərəbistanın cinayətləri qarşısında sükutunu qınadı

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Ərəbistanın Yəmənə qarşı cinayətlərini və bu ölkənin müdafiəsiz əhalisini qırğın etməsini tənqid edərək, islam ölkələrinin bu cinayətlər qarşısında sükutunu qınayıb.

Araz Əlizadə Beynəlxalq Səhər Kanalının müxbiri ilə müsahibədə Yəmən xalqının mübarizəsini tamamilə haqlı adlandırıb və deyib: bütün bu müharibələrin xərclərini Ərəbistan və Qətər ödəyir. Ərəbistan öz mənafeyini təmin etmək və Yəməndə özündən asılı bir hökuməti hakimiyyətə gətirmək istəyir.
A.Əlizadə islam ölkələri başçılarının bir çoxunun müsəlmançılıq iddiasında olmalarına rəğmən mənəviyyatsız insanlar adlandırıb və Ərəbistanın Yəmənə qarşı cinayətlərini tənqid edib.
O, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bu cinayətlər qarşısında sükut etməsini pisləyib.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Yəmənə qarşı hücumlarda iştirak edən ölkələrin bu cinayətlərdə Ərəbistanın şəriki olduqlarını bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button