ArxivXəbər lentiXəbərlər

İran İslam Respublikasının müdafiə naziri Azərbaycana səfər edəcək

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayinlə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzadXeber.az-a verilən məlumata görə, görüşdə müdafiə naziri Azərbaycan və İran arasındakı münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini bildirib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Həsənov Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

İran səfiri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini, işğal olunmuş ərazilərdə qondarma separatçı qurum tərəfindən təxribat məqsədilə keçirilməsi planlaşdırılan “seçki”lərin regionda sabitliyi pozmaq niyyəti ilə edildiyini və onun nəticələrinin rəsmi Tehran tərəfindən heç bir halda tanınmayacağını bildirib.

Sonra aprelin 20-21-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın Azərbaycana edəcəyi işçi səfərin detalları müzakirə edilib, keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Əmir Fərəci Moez də iştirak edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button