AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Amerika və sionist rejimin İranın Qafqazda rol oynamasına mane olmaq strategiyası – Müsahibə

Ermənistan Politologiya Assosiasiyasının icraçı direktoru deyib: “Amerika və sionist rejimin İranın Qafqaz regionunda hər hansı rol oynamasının qarşısını almaq üçün xüsusi strategiyası var.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Benyamin Poqosyan Azərbaycan Respublikasının Laçın keçidində iştirakını və bu keçidi bağlamasını təhlil edib, habelə, “ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra atəşkəs razılaşmasındakı qeyri-müəyyənliklərin mövcudluğuna görə, ekspertlərin əvvəldən bu razılaşmaya əsaslanmamaq barədə xəbərdarlıq etməsi, onların ən mühüm çağırışlarından birinin də bugün gördüyümüz Laçın dəhlizi ilə bağlı sözügedən razılaşmanın doqquzuncu bəndinin Əliyevin regionda yeni avantürasına səbəb olması məsələsi olduğunu necə dəyərləndirirsiniz?” sualına cavab verərkən deyib: “10 noyabr 2020-ci il tarixli bəyanatda vurğulanır ki, Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Halbuki, 9-cu maddədə qeyd olunur ki, regionda bütün kommunikasiyalar açılmalıdır və Ermənistan Azərbaycanın qərb rayonlarından Naxçıvana yüklərin maneəsiz keçməsinə zəmanət verir və buraya Rusiya sərhəd qüvvələri nəzarət edir. Təbii ki, hər bir bəyanat kimi bu bəyanatda da anlaşılmazlıqlar var.”
İran Zənəgzur dəhlizinin yaradılması, daha dəqiq desək, Ermənistan Respublikası ilə quru sərhədinin kəsilməsi ilə bağlı öz qırmızı xəttini dəfələrlə elan edib, İran İslam Respublikasının Rəhbəri bu planın tərəfdarlarından biri olan Türkiyə prezidenti ilə görüşündə qeyd olunan məsələyə açıq şəkildə münasibət bildirib. İrəvanın bu rola baxışı necədir? sualını cavablandıran Ermənistan Siyasi və Strateji Araşdırmalar Mərkəzinin direktoru deyib: “İran Qafqaz regionunda konstruktiv rol oynaya bilər və bunun bir hissəsi 3+3 təşəbbüsü yolu ilə ola bilər. Təbii ki, Amerika və İsrailin İranın bu regionda hər hansı rol oynamasının qarşısını almaq üçün konkret strategiyası var. Son aylarda sionist rejimin Azərbaycan üzərində yüksək təsirinin də şahidi olduq və Bakı Təl-Əvivin anti-İran fəaliyyətləri üçün start meydançası rolunu oynayır.”
Türkiyənin Bakının macəralarında oynadığı rolu və ötən günlərdə iki ölkə arasında birgə “Qardaşlıq yumruğu” təlimi və bu təlimlərin Qarabağ böhranında rolu barədə sualı cavablandıran Poqosyan deyib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Türkiyənin əsas məqsədi Cənubi Qafqazda təsirini artırmaqdır. Təbii ki, bu ölkənin strateji maraqları İran və Rusiyanın mövqeləri ilə ziddiyyət təşkil edir. Bu arada Türkiyə Rusiya ilə əməkdaşlıq səviyyəsini saxlamağa çalışır.
Bu erməni analitik İran ictimai rəyi və elitaları arasında Amerika və Avropanın təzyiqləri nəticəsində Ermənistanın nəhayət Zəngəzur dəhlizinin yaradılmasına razılaşacağı və İranla sərhədlərini itirəcəyi ilə bağlı narahatlığın olması və bu narahatlığın Ermənistanın milli dairələrində də olub-olmaması ilə bağlı suala cavab olaraq deyib: “Zəngəzur dəhlizinin yaradılması faktiki olaraq Ermənistanı iki yerə bölür və bu ölkəni İrandan ayırır. Uzunmüddətli perspektivdə bu hərəkətin Ermənistan üçün çox mənfi nəticələri olacaq, İrəvanı Azərbaycan və Türkiyədən asılı vəziyyətə salacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button