ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Alulbeyt Gürcüstan”ın rəhbərindən başsağlığı bəyanatı

 “Alulbeyt Gürcüstan”ın rəhbəri Hacı Faiq Nəbiyev Azərbaycanın tanınmış din xadimi Hacı Şahin Həsənlinin vəfatı münasibətilə bəyanat verib.
Bəyanatda deyilir:
Bağışlayan və Mehriban Allahın adı ilə
Bu gün Azərbaycanın tanınmış din xadimi Hacı Şahin Həsənlinin vəfat xəbərini təəssüf hissi ilə aldıq.
Hacı Şahin təkcə Azərbaycanda deyil, Gürcüstan, Rusiya, Türkiyə və Avropa ölkələrinin sevimli vaizlərindən idi.
Onun ilahi həyat yolu, daim Quran və Əhlibeyt maarifini təbliğ etmək, insanları haqqa dəvət etmək olmuşdur.
Biz də, “Alulbeyt Gürcüstan” adından mərhumun ailəsinə, yaxınlarına, sevənlərinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Allah Təala rəhmət etsin və Qiyamətdə Peyğəmbər və Əhlibeyti ilə məşhur etsin!
2.3.2023, Tbilisi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button