ArxivXəbər lentiXəbərlər

Dindar məhbusların hüquqlarını müdafiədə qərblilərin ikili standartı tənqid olundu

Azərbaycan Respublikası Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli qərb ölkələri, insan haqları iddiasında olan təşkilatlar və Avropa ölkələrinin Azərbaycanın dindar məhbusları qarşısındakı ikili standartlarını sərt şəkildə tənqid edib.

Bakıda Səhər telekanalı müxbirinə müsahibə verən Rövşən Əhmədli tanınmış ziyalılar, insan haqları müdafiəçilərinin iştirakı ilə Azərbaycan Dindar Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin təşkil olunmasına toxunaraq deyib: Bu komitə peşəkar şəkildə məhbus dindarların hüququnu dəstəkləyəcək və ikili strategiyadan uzaq olmağa çalışacaq.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Azərbaycan Respublikasında ən çox insan haqlarının islamçılara qarşı pozulduğunu bildirərək əlavə edib: Ölkədə dindar məhbuslarla siyasi və vicdan məhbusları arasında hiss olunacaq fərq görünür və biz günahsız dindar məhbusların hüquqlarını müdafiə etməyə çalışacağıq.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button