ArxivXəbər lentiXəbərlər

Zərdüşt Əlizadə: “ABŞ və Səudiyyə Ərəbistanının terroru törədən əsas səbəblərdən biri olması heç kəsə sirr deyil”

Böyük Britaniyanın Financial Times qəzetinin dərc etdiyi məlumatda bildirilir ki, Səudiyyə rejimi ABŞ-ın dövlət katibi Con Kerriyə bildirib ki, onlar İŞİD terror qruplaşmasını yaradıblar və Mərkəzi Kəşfiyyat İdarəsinin bundan xəbəri olub. ABŞ-ın sabiq konqresmeni və yazıçısı Ernest Pal bəyan edib ki, Suriya böhranının əvvəlindən Səudiyyə, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi Suriya prezidenti Bəşər Əsədi devirmək üçün plan cızıblar. Bunun üçün onlara İŞİD lazım idi.

Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşərkən politoloq Zərdüşt Əlizadə qeyd edib ki, bu yeni bir məsələ deyil: “Bu hər kəsə aydın olan bir həqiqətdir. Əslində bu xəbəri əgər hamı bilirsə, deməli bu xəbərdən daha çox reallıqdır. Amma zaman-zaman kimlərsə hansısa bir siyasi səbəbdən bu cür məsələləri qabartmaqda maraqlı olur. Bu zaman həmin xəbərləri yeni ixtira edilmiş kimi təqdim edirlər. Məsələn, ölkəmizdə hamıya bəllidir ki, korrupsiyanın mənbəyi yuxarılardadır. Hökumətdə korrupsiyaya bulaşmayan nazirlik yoxdur. Belə olan şəraitdə kimsə deyir ki, Eldar Mahmudov rüşvət alıb. Məgər bu indi məlum olub. Bunu illərdir hamı bilirdi. Lakin bu gün Eldar Mahmudovu çıxartmaq lazım idi, sabah da başqa bir məmur haqqında eyni gurultulu faktlar açıqlanacaq. Bu baxımdan İŞİD-in, Əl-Qaidənin ABŞ tərəfindən yaradılması açıq-aşkar bir məsələdir. Bütün bu terror təşkilatlarının ABŞ-la sıx əlaqədə olması hamı tərəfindən danışlan mövzudur. Amma zaman-zaman kimlərsə bu mövzuların xəbərə çevrilməsi lazım olur. Bu mövzular ciddi-ciddi müzakirə olunur. Əslində isə ABŞ və Səudiyyə Ərəbistanının terroru törədən əsas səbəblərdən biri olması heç kəsə sirr deyil”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button