AktualAktualArxivXəbər lentiXəbərlər

Adı Gülənin, dadı Əliyevin

Qafqaz Mədəniyyət Mərkəzi – Son günlərdə Azərbaycan dövləti İlham Əliyev hökuməti ilə müxalif siyasi fəalların həbsini gücləndirib. Bu həbslər müxalifət adamlarının Fətullah Gülən hərəkatı ilə əlaqələndirilməsilə baş tutur. Amma həbslərin arxasında onların dövlətlə siyasi müxalif olması dayanır. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi ilə dövlət xalq etirazlarının şahidi oldu. Ona görə də beynəlxalq maliyyə təşkilatlarından kredit almaq üçün Amerika və qərblə münasibətləri yaxşılaşdırmaq məcburiyyətində qaldı.
Qərbin Azərbaycan Respublikasında prezident seçkilərindən razı qalmaması Bakı-qərb münasibətlərində əngəl yaratmışdı. Amma sonra dövlət ölkənin iqtisadi durumunu yaxşılaşdırmaq üçün qərblə siyasətlərinə yenidən baxmağa məcbur oldu. Bu çərçivədə İ. Əliyev Vaşinqtona səfər etdi və vitse-prezident Co Baydenlə görüşdü. Bundan sonra Bakının qərblə münasibətləri düzəlməyə doğru getdi. Azərbaycan Beynəlxalq Valyuta Fondundan kredit götürmək üçün qərb ölkələrinin siyasi məhbusların azad olunması kimi bir sıra tələbləri ilə razılaşdı və qərbin dəstəklədiyi bir sıra siyasi məhbusları azad etdi. Əminliklə demək olar ki, həmin dövrdə siyasi məhbusların azad olması ölkənin iqtisadi böharndan çıxması, İ. Əliyev dövlətinin qanuniliyinin azalmasının qarşısını almaq üçün müvəqqəti bir taktika idi. Neftin qiymətinin artması ilə iqtisadi vəziyyətin yaxşılaşması, digər tərəfdən də Bakı dövlətinin Əliyev sülaləsinin hakimiyyətini bərkitməsi yönümündə referendum keçirmək qərarına gəlməsi bir daha İ. Əliyev hökumətini keçmiş yolu getməyə və dövlətin siyasi müxaliflərini əzmək siyasəti yürütməyi öz gündəliyinə salmağa vadar edir.
İ. Əliyev yeni bir referendum keçirməklə öz prezidentlik müddətini 5 ildən 7 ilə artırmaq və hakimiyyəti oğlu Heydər Əliyevə ötürməyi asanlaşdırmaq istəyir. Prezident 2009-cuildə referendum keçirməklə öz prezidentlik müddətini artrdı. Azərbaycan Respublikasının konstutusiyasına əsasən, ölkə prezidenti iki dəfədən artıq seçilə bilməz. Lakin indi İ. Əliyev hər vaxt prezidentliyə namizəd kimi seçkilərə qatıla bilər. Keçirilməsi araşdırılan yeni referendumda təsdiqlənərsə prezidentlik müddəti 5 ildən 7 ilə qədər artacaq. Habelə, prezidentliyə namizədin 35 yaşı olması şərti ləğv ediləcək. Belə olduqda İ. Əliyevin oğlu H. Əliyev atası üçün hər hansı probelm yaranarsa, Azərbaycan prezidenti ola biləcək.
Digər tərəfdən İ. Əliyev istədiyi vaxt ölkənin Milli Məclisini buraxa bilər. Üstəlik, baş nazirlik vəzifəsini ləğv edər və onun əvəzinə vitse-prezidentlik vəzifəsi yarada bilər. Deyilənlərə görə bu vəzifə üçün İ. Əliyevin həyat yoldaşıMehriban Əliyeva nəzərdə tutulmuşdur.
Qısası, hakim Yeni Azərbaycan Partiyası hakimiyyəti əliyevlər sülaləsinin əlində saxlamaq istəyir. Ona görə də hər bir müxalifəti yerindəcə boğacaqdır. Bakı dövləti yaxşı başa düşür ki, referenduma görə Azərbaycanda etirazlar qalxarsa, Avropa təşkilatları buna qarşı həssas olacaq. Bu üzdən ölkədə ümumi fikrin oyanmasına təsir qoyan adamları Fətullah Gülən hərəkatı ilə bağlayıb, həbs etməklə referendumu heç bir etirazla qarşılaşmdan bitirmək istəyir. Digər tərəfdən də Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun referenduma etiraz etməsindən sonra dövlətin əsassız ittihamlarla dindarları həbs edəcəyi gözlənilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button