ArxivXəbər lentiXəbərlər

Aleksandr Duqin: Ermənistan Rusiya ilə birlikdə olmasa, yer üzündən silinəcək…

Ermənistan müxalifəti rəsmi İrəvanın münaqişənin nizamlanması ilə bağlı verəcəyi güzəştlərdən narahatdır

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan pauza davam edir. Bu sükutu yalnız cəbhə bölgəsində avtomat və pulemyotlardan gələn səslər pozur.

Diplomatik arenada da dəyişən heç nə yoxdur. Sadəcə, Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçiriləcəyi ilə bağlı xəbərlər gəzir.

Bu səbəbdən meydan siyasətçilərə, fikir adamlarına, analitiklərə, politoloqlara, daha doğrusu onların mətbuatla paylaşdıqları fikir, proqnoz və təhlillərə qalıb.

Rəsmi meydanlardan fərqli olaraq, burada vəziyyət daha qaynardır. Xüsusilə Rusiya və Ermənistan mətbuatında münaqişə ətrafında qızğın müzakirələr geniş vüsət alıb.
Rusiyanın tanınmış politoloqu Aleksandr Duqin isə Ermənistanı təhdid edib: “Əgər Ermənistan Rusiyanın bu ağır günlərində üzünü Qərbə doğru çevirsə, yer üzündən silinəcək”.

Bu sözləri Duqin Ermənistanın 1-ci informasiya saytına (1in.am) verdiyi müsahibədə bildirib: “Avrasiya İqtisadi İttifaqı Nuhun gəmisinə bənzəyir. Kim bu gəmiyə otursa, mövcud olmaqda davam edəcək, oturmayan və tərk edən isə yer üzündən silinəcək”.

Rusiyada öz millətçi çıxışları ilə tanınan, Beynəlxalq Avrasiya hərəkatının rəhbəri olan Duqinin fikrincə, Rusiya ABŞ-ın sayəsində yaranan bu situasiyadan çıxa bilər: “Elə Ermənistanın da böhrandan qurtula bilməsi mümkündür. Lakin Ermənistan Rusiyanın bu ağır günlərində Qərbdən dəstək alaraq Rusiyanı tərk etmək istəsə, partlayacaq və ondan heç nə qalmayacaq. Ermənistan Qərbin nəyinə lazımdır?”, deyə Duqin bildirib.

Duqinin fikrincə Qərb özünün əsas geopolitik düşməninə, yəni Rusiyaya zərbə vurmaq üçün Qarabağ münaqişəsini nəzarətdə saxlamaq istəyir:

“Buna görə Ermənistan bu ağır iqtisadi böhranı sakitcə izləyərək Rusiyadan daha bərk yapışmalıdır”, deyə Duqin qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button