ArxivXəbər lentiXəbərlər

SOS!!! Azərbaycanda Altı ayda 110 qadın 28 uşaq intihar edib!

Nadir İsmayılov: ”Son illərdə Azərbaycanda intihar 4-5 dəfə artıb, əvvəllər bu dərəcədə deyildi”
Qafqaz Mədəniyyət Mərkəzi –Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsindən verilən məlumatda bildirilib ki, 2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib.

2016-cı ilin I yarım ili üzrə respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində isə 72 qadın və 19 uşaq ölüb.

2016-cı ilin 6 ayında qadınlara qarşı törədilmiş cinayətlərin 2563-ü açılıb, 482-si bağlı qalıb.

İntihar hallarının statistikası və intiharı doğuran səbəblərlə bağlı Tibb Universitetinin professoru, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov bildirib ki, son illərdə Azərbaycanda intihar 4-5 dəfə artıb: “Əvvəllər bu dərəcədə deyildi. Səbəb sosial-iqtisadi problemlərdir. İnsanlar da çox həssas olub, kimin xətrinə bir balaca dəyirsən, affekt vəziyyətə düşür”.

N.İsmayılov deyib ki, dövlət ölkədə sosial sahədə inkişafa nail olmalı, hüququ durumu və demokratiyanı gücləndirməlidir: “İntiharlarla məşğul olan mərkəzə ehtiyac var, bu sahədə təhqiqat aparılmalı və nəticələr ictimaiyyətə çatdırılmalıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button