ArxivXəbər lentiXəbərlər

Aclıq edən məhbus xəstəxanaya yerləşdirilib

Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində məhbus həyatı yaşayan Renat Yusifov bir aya yaxındır aclıq aksiyası keçirir. Onun aksiyası əsassız yerə cərimə təcridxanasına salınmasına görə başlanıb. Cərimə təcridxanasında olduğu müddətdə aclığa başlayan dustaq ordan çıxdıqdan sonra da aclığı dayandırmayıb. Məhbusun yaxınları azadliq.info-ya bildirib ki, vəziyyəti kəskin pisləşdiyindən noyabrın 24-dən Renat Yusifov Penitensiar xidmətin müalicə müəssisəsinə yerləşdirilib.
Bundan əvvəl məhbusun vəkili Fuad Ağayevə onunla görüşə maneə yaradıldığı da bildirilmişdi.

Qeyd edək ki, Renat Yusifovun 2 saylı CÇM-də saxlanılan İlqar Məmmədovla yaxın münasibəti var. Renat Yusifov ona qarşı təzyiqlərin də məhz buna görə olduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button