ArxivXəbər lentiXəbərlər

Abutalıbov islamçıların mitinqinə “yox” dedi

Bakı Şəhər İcra Hakimiyyəti dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib.

Xatırladaq ki, Azərbaycan İslam Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə dekabrın 21-də metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionun aksiya üçün ayrılmasını istəmişdi. İslamçılar siyasi məhbusların azadlığa buraxılmasını tələb etmək, sosial şüarlar səsləndirmək, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirmək niyyətində olduqlarını bildirmişdilər.
Partiya sədri Elçin Manafov “Media forum” saytına deyib ki, meriya mitinqə icazəsi verməyib: “Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanov partiyaya cavabında “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”un maddələrini əsas gətirərək mitinqə razılaşmadıqlarını bildirib. Deyir ki, müraciətdə özünüzü gah dövlət qeydiyyatından keçməyən partiya nümayəndələri, gah da ölkə vətəndaşı kimi təqdim edirsiniz ki, bu da anlaşılmazlıq yaradır…
Meriya qeyd edir ki, ayrı-seçkiliyə, ədavətə və zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən toplantılar qadağa edilir. Axı bizim mitinq keçirməkdə məqsədimiz bunlar deyil. Biz dindarlara, islamçılara qarşı təzyiqlərin durdurulması, Qarabağla problemin həlli tələbi ilə mitinq keçirmək niyyətindəyik.
Dekabrın 20-də mətbuat konfransı keçirərək bizə qarşı olan münasibətə aydınlıq gətirilməsini istəyəcəyik…”.
Onu da qeyd edək ki, Azərbaycan İslam Partiyasının dövlət qeydiyyatı 1995-ci ildə ləğv olunub. Partiyanın lideri Mövsüm Səmədov 2011-ci ildən həbsdədir. Son aylarda o və məhbus din adamları – ruhani Abgül Süleymanov, ilahiyyatçı Taleh Bağırov nizam-intizam qaydalarını pozmaqda suçlu bilinərək Qobustan qapalı həbsxanasına köçürülüblər.
Xatırladaq ki, bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button