Aktual

ABŞ Azərbaycanda seçkilərdən nə gözləyir?

Oktyabrda Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu seçkilər nəyisə dəyişə biləcəkmi? Bu məsələni qərb analitikləri və ekspertlər tez-tez müzakirə edirlər.

  “Əliyev rejimi çoxdandır ki, beynəlxalq birliyi inandırmağa çalışır ki, o, əleyhdarları ilə haqq-hesab çəkmir, müstəqil KİV-in ağzını yummur, seçkiləri saxtalaşdırmır. İndi də bunu əməldə sübut etmək lazımdır”, – adının çəkilməsini istəməyən yüksək vəzifəli amerikalı diplomat Turan-ın Vaşinqton müxbirinə bildirib.

  Bəziləri hesab edirlər ki, ölkə rəhbərliyində və onun siyasətində dəyişikliklər böyük dövlətlərin göstərişi ilə aparılır, lakin  mühüm oyunçular siyasi partiyalara və seçkilərə arxalanır.

  Vaşinqton “İlham Əliyevin gələcək idarəçiliyini alqışlamır, lakin rəsmən heç bir namizədi dəstəkləmir”, – mənbə qeyd edib.

  “Qarşıdakı seçkilərdən sonra hansısa demokratik dəyişikliklər gözləmək olarmı?” Turan-ın bu və digər suallarını analitik, yaxın keçmişdə bəzi KİV-in Cənubi Qafqaz üzrə müxbiri Karl Rader cavablandırıb.

  Səsvermədən iki ay öncə Azərbaycanda seçkiqabağı vəziyyət necədir? Real seçkiqabağı mübarizə üçün şərait var? Raderin fikrincə, bu suala cavab vermək hələlik çətindir. “Lakin Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasında qeydə alınacağına heç bir zəmanət yoxdur. Bu, real problemdir. R.İbrahimbəyov Bakıya gələrsə həbs olunacağını istisna etməyib.  Ancaq mən hökumətin bu qədər aşağı hərəkət edəcəyinə şübhə edirəm. Ən nəhayət, R.İbrahimbəyov Rəsul Quliyev deyil. 2005-ci ildə R.Quliyevi Bakı hava limanında silahlanmış yüzlərlə adam gözləyirdi. Üstəlik minlərlə əsgər şəhərin  mərkəzində keşik çəkirdi.

  Qarşıdakı seçkilər 2005-ci ildən sonra ən mühüm seçkilər olacaq. Odur ki, hakim partiya R.İbrahimbəyovun siyasi təcrübəsinin olmamasından, onun “Moskva milyarderlər klubu” ilə əlaqələrindən, həmçinin onun Əliyevlər ailəsi ilə uzun və yaxşı münasibətlərindən istifadə edə bilər”, – o bildirib.

  “Əgər hökumət R.İbrahimbəyovun ölkəyə gəlişinə icazə verməsə, beynəlxalq reaksiya necə ola bilər?” Bu sualın cavabında Rader deyib ki, əgər hakimiyyət R.İbrahimbəyova təzyiq göstərməyə üstünlük verərsə, çətin ki buna böyük beynəlxalq etirazlar olsun. ABŞ, Böyük Britaniya və Azərbaycanın digər qərb müttəfiqləri ritual bəyanatlar verərək seçkilərdə rəqabətliliyin olmamasından təəssüfləndiklərini bildirəcəklər. İsa Qəmbər bundan sonra yeganə namizəd kimi çıxış etməkdə davam edəcək, halbuki, o, “keçmiş fiqur” kimi qəbul olunur və İlham Əliyevə  təhlükə törətmir.

  Ərəstun Oruclu seçkilərə qatılarsa kiçik faizlə səs toplaya bilər. Nəticədə yenə Əliyev və Əliyeva növbəti prezident olacaq.

  “Zənnimcə, sentyabrda və oktyabrda, həmçinin seçkilərdən sonrakı ilk həftələrdə  vətəndaş iğtişaşlarının olması mümkündür, əgər bu ssenari həyata keçirilərsə. Lakin Əliyev hökuməti rəngli inqilablardan ibrət alıb və bunu ötən il bir neçə dəfə nümayiş etdirib. Bu yaxınlarda isə prezident küçə nümayişlərinin dağıdılmasında zorakılığın tətbiqinə görə polisə kart-blanş verdiyini bildirib.

  Müəyyən qruplar Mehriban Əliyevanın namizədliyini irəli sürüblər. Eyni zamanda  prezident öz opponentlərinə qarşı kifayət qədər kəskin ifadələr işlədərək onları satqın adlandırır. Bunun arxasında nə durur?

  Rader hesab edir ki, M.Əliyeva mövzusu “şəffaf namizəd” qismində çox cəlbedicidir. Əlisahib Hüseynov M.Əliyevanın namizədliyini irəli sürməklə nə demək istəyib?  M.Əliyevanın namizədliyi ehtimal edir ki, İlham Əliyev siyasətdən gedəcək ki, bu da oliqarxlar arasında hesablaşmaya gətirib çıxaracaq. Lakin bu cür ssenari ağlabatan deyil və İlham Əliyevin prezidentliyinin üçüncü müddətini gözləmək lazımdır.(Turan)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button