ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ səfirliyi aclıq aksiyası keçirən AXCP fəalı ilə bağlı çağırış edib

Səfirlik ədalətsiz həbs edilən bütün şəxslərin azadlığa buraxılmasını istəyir

ABŞ səfirliyi Azərbaycan hakimiyyətini Zamin Salayevi azad etməyə çağırıb və onun ədalətsiz həbs edildiyini bildirib.
Bu barədə səfirlik “Turan”ın sorğusuna cavabında deyib.
Zamin Salayevin aclıq elan etdiyi barədə məlumatlar bizə məlumdur. Onun işini yaxından izləməyə davam edirik”, – deyə səfirlik vurğulayıb.
Səfirlik Vaşinqtonun insan hüquqları və əsas azadlıqlarına sadiq olduğunu bəyan edib:
“Biz hakimiyyəti Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq sazişlərə dair öhdəliklərinə uyğun olaraq vətəndaşların hüquqlarının müdafiəsi üçün addımlar atmağa çağırırıq”.
ABŞ səfirliyi həmçinin hakimiyyəti ədalətsiz saxlanılanları da azad etməyə çağırıb:
Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini insan hüquqları və əsas azadlıqlara hörmət etməyə, ədalətsiz və ya özbaşına saxlanılan bütün şəxsləri azad etməyə çağırır”.
Foto: ABŞ səfirliyi
Zamin Salayev fevralın 7-də həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsilə ittiham irəli sürülüb.
Bu maddədə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Zamin Salayev dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib.
2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib.
Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.
Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı.
Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.
Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu.
O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi.
İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.
Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.
Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb.
O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.
Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button