Xəbərlər

Zakir Həsənovun “nurçu”larla nə əlaqəsi var?

“Nurçu”ların lideri Fətullah Gülənlə Mustafa Gunay adlı şəxs arasında baş verən telefon danışığının səs yazısı Türkiyə mətbuatı ilə yanaşı, yerli mətbuatımızın da diqqət mərkəzindədir. Beləki, telefon danışığında Azərbaycanın müdafiə naziri Zakir Həsənovun adı hallanır. Tərəflər Z.Həsənovun bu vəzfiəyə təyin olunmasından danışır. H.Karaca yaxın vaxtlarda Z.Həsənovla görüşməyin məqsədəuyğun olub-olmasını F.Güləndən soruşur. F.Gülən də Zakir Həsənova təbrik məktubu göndərdiyini deyir, onunla görüşməyin məqsədəuyğun olduğunu bildirir. Bundan əlavə, həmin telefon danışığında Türkiyədəki seçkilər barədə də F.Gülənə məlumat verilir.

Səsyazısının yayılmasından bir gün sonra Müdafiə Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur: “Nazirin ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndiririk”.

Parlamentin vitse-spikeri Ziyafət Əsgərov isə sözügedən audioyazının araşdırılacağını deyib. Z.Əsgərovun sözlərinə görə, məsələ araşdırıldıqdan sonra rəsmi məlumat yayılacaq.

Bəs belə bir audioyazının yayılmasının məqsədi nədən ibarətdir?

Elxan Şahinoğlu: “Nurçu”ların ölkəmizdəki fəaliyyəti  də ciddi araşdırılmalıdır”

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, hazırda Türkiyədə “Nurçu”larla Ərdoğan arasında ölüm-dirim savaşı gedir. E.Şahinoğlunun sözlərinə görə, bu ərəfədə də belə görünür ki, Ərdoğan Gülənin Bakıdakı tərəfdarlarından da narahatdır. Çünki “Nurçu”ların ən ciddi dəstəyi məhz Azərbaycandadır: “Azərbaycanda “Nurçu”ların qəzetləri, şirkətləri, radiosu, televiziyası, mətbəəsi var. Azərbaycanda Türkiyədən fərqli olaraq “Nurçu”ların fəaliyyətinə heç bir əngəl yoxdur. Ərdoğan hazırda Gülənin tərəfdarlarına qarşı əks hücuma keçib. Hazırda Gülənin gizli danışıqları mətbuatda yayılır. Zakir Həsənovun da adının çəkildiyi telefon danışığı bu qəbildəndir. Ərdoğan artıq paralel dövlətin Azərbaycanda da qara işlər görməyə çalışdığını dilə gətirib. Bu əslində Azərbaycan hökumətinə bir xəbərdarlıqdır”.

Ərdoğanın “Nurçu”ların Azərbaycanda təhlükə mənbəyinə çevrildiyi ilə bağlı söylədikləri ilə razılaşdığını vurğulayan E.Şahinoğlu qeyd etdi ki, Gülən tərəfdarları Türkiyədə gördüyü fəaliyyəti başqa ölkələrdə də təkrarlaya bilər: “Doğrudur “Nurçu”lar Azərbaycan hakimiyyəti normal davranırlar. Amma sabah necə olacağını heç kim deyə bilməz. Ziyafət Əsgərovun deməsi ki, bu səsyazısı araşdırılacaq, doğru yanaşmadır. Mən hətta deyərdim ki, bu təriqətin ölkəmizdəki fəaliyyəti  də araşdırılmalıdır”.

E.Şahinoğlunun sözlərinə görə, Z.Həzənovla F.Gülənin əlaqələrinə gəlincə, o bunu inandırıcı saymır. Ekspert hesab edir ki, sadəcə olara səsyazısındakı Mustafa Gunay Gülən qarşısında hesabatı daha uğurlu etmək üçün belə bir addım atıb.

İlham İsmayıl: “Bununla “Nurçu”lar  nəinki Türkiyədə, Azərbaycanda da böyük təsirlərinin olduğunu demək istəyirlər”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, bu səsyazısının yayılması daha çox təxribatdır. Çünki baş verənlərdə Gülən tərəfi özünü daha geniş miqyaslı, nüfuzlu olduğunu göstərməyə çalışır: “Bununla “Nurçu”lar  nəinki Türkiyədə, Azərbaycanda da böyük təsirlərinin olduğunu demək istəyirlər. Bu isə onların tərəfdarlarını daha da ruhlandırır. Düşünürəm ki, bu məsələnin dərinə getmədən həllidir. Zakir Həsənov fiqurası həmişə hərbçi olyb. Gülənlə onun arasında kontaktın əmələ gəlməsi qeyri-mümkündür. Çünki o ABŞ-da yaşamayıb, gediş-gəlişi olmayıb. Ola bilər ki, Gülən onu təbrik etsin. Amma bu birtərəflidir. Buarada təxribatın olması istisna edilməməlidir”. /azadliq.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button