ArxivIslamNardaranSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Abbas Hüseyn həbsxanadan növbəti məktubunu ünvanladı

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan məktub ünvanlayıb.

Qafqaz.ir məktubu olduğu kimi təqdim edir:

“Dövlətimizin tarixində bir çox hadisələr baş verib ki, öz zamanında olduğu kimi doğru qiymətləndirilməyib. Ən azından illər keçdikdən sonra həmin hadisələrin səbəbləri tam aydın üzə çıxıb. Bu hadisələrə cəmiyyət tərəfindən doğru qiymət verilsə də, hüquqi baxımdan qiymətləndirmə hər zaman yubanıb. Xalqımızın milli matəm günü olan 20 Yanvar hadisələri nədənsə mənə Nardaran hadisələrini xatırladır. Hər iki hadisəyə bais olanlar öz ölmüş vicdanlarını daha da tapdalamaq üçün həqiqətləri təhrif etdilər, baş verən bütün hadisələri yalanlarla bəzədilər, dinc insanlara qarşı törədilən qətliamlara bəraət qazandırmağa çalışdılar.

Nardaran hadisələrinin günahsız şəhidlərinə və işgəncə altında saxlanılan məhbuslarına “radikal”, “dini ekstremist” damğası vurub dövlətə qarşı cinayət törətmək kimi iftiralar atıldı. SSR höküməti də ittihamlar üzərindən insanların həyatı üçün oyunlar qurdu, mətbuat vasitəsi ilə özlərinin uydurduğu yalanları təbliğ etdilər. Eynən 6 il öncəki Nardaran hadisələrində də bu senari yazıldı. Fərqli illərdə baş vermiş iki oxşar və qanlı hadisənin tarixini yaşadıq. Lakin Nardaran hadisələrini törədənlərdən fərqli olaraq, SSR rəhbəri olmuş Mixail Qorbaçov 1992-ci ilin aprel ayında İstanbulda xalqımıza qarşı törətdiyi 20 yanvar hadisəsinin həyatında verdiyi ən böyük yanlış qərar olduğunu etiraf etdi. Əminəm ki, zaman gələcək, Nardaran hadisələrində baş vermiş bütün qanunsuz əməllər və zülmə məruz qalmış ailələrə, yüzlərlə haqsızlığa uğramış insanlara görə ədalətli və hüquqi qərar veriləcək. Çünki bu da o hadisələrdəndir ki, hüquqi baxımdan düzgün qiymətləndirilməyib. Nardaran hadisələri dönəmində insanlara qarşı mehriban, xeyirxah olan dindarları cəmiyyətə qorxulu varlıqlar kimi təqdim edənlər özlərindən qəhrəmanlıq mifi düzəltdilər. Lakin Allahın lütfü və mərhəmətiylə həmin miflər dağıldı. Təhdidlə gətirilən şahidlər məhkəmədə haqqımızda mənfi fikirlər söyləmədikləri halda, sifarişli, yanlış qərarlar verildi. Bu cür haqsızlıqlarla bizdən öncəki insanlar da qarşılaşıblar. Fədakar, haqqı sevən, vətənpərvər insanlar öz zamanlarında çətinliklər və məhdudiyyətlər içində yaşayıblar. Bu gün də biz yaşayırıq və çox təəssüf ki, gələcəkdə də yaşanacaq. Çünki insanların daxilindəki vicdani təmizlik onları haqsızlığa qarşı olmağa sövq edir. Şüurlu, əqidəli insanlar hər zaman bir toplumun gələcək rifahı və xoşbəxtliyi üçün çəkdikləri əziyyətlərdən zövq alırlar. Doğru yolda bildikləri haqqın yanında möhkəm olmağa çalışırlar. Tarix boyu qərəzli və yanlış qərar verənlərə aid yazacağım hekayət aşağıdakı kimidir:

“Bir gün bir bülbül çəmənlikdəki öz gözəl səsiylə mahnısını oxuyurmuş. Bu səhnəni görən qarğa öz səsinin daha gözəl olduğunu bülbülə deyir. Hər ikisi bir-biriylə razılaşmadıqlarından qərar verirlər ki, bunu qarşılarına ilk çıxandan soruşsunlar. Hansının səsi yaxşı olsa, səsi pis olanın bir gözünü qısqanclıq günahı adıyla çıxarmalıdır. Bu zaman onların qarşısına bir uzunqulaq çıxır. Bülbül öz avazıyla oxumağa başlayır. Nə qədər çalışsa da, uzunqulaq onun səsini bəyənmir, qarğanın isə bircə “qa” etməyi ilə “necə də gözəldir” deyib tərifləməyə başlayır. Qarğanın səsini bəyəndiyini deyir. Bununla da, qarğa atılaraq, bülbülün bir gözünü çıxarır. Günün birində həmin qarğa bülbülün ağlayaraq, həzin mahnı oxuduğunu görüb deyir ki, “gözünü çıxardım deyə niyə ağlayırsan? O biri gözün ki işıqlı dünyanı görür”. Bülbül cavab verir ki, mən bir gözümün olmamasına görə ağlamıram, sadəcə taleyimi kimin ixtiyarına verdiyimiə, doğru qərarı kimdən gözlədiyimizə görə ağlayıram”

Abbas Hüseyn”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button