Rusiya terrorçuluqda təqsirləndirilən bir Azərbaycan Respublikası vətəndaşını İnterpol xətti ilə axtarışa verib.
Qafqaz.ir- APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İnterpolun saytında kimliyi qeyd olunan bu şəxs 37 yaşlı Elnur Həsənovdur. O terrorçuluqda, terrorçuların düşərgəsində təlim keçməkdə və qeyri-qanuni silahlı birləşmələrə qoşulmaqda suçlanır.
Azərbaycan Respublikasının Mingəçevir rayonunda dünyaya gələn Elnur Həsənov Rusiyanı tərk etdikdən sonra İnterpol xətti ilə axtarışa verilib.