Aktual

Tale Bağırzadədən güllə kimi bəyanat

Azərbaycan İslam Partiyası Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Tale Bağırovun işi üzrə keçirilən prosesə buraxılmayan dindarların həbsini pisləyən bəyanat verib.

“Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması və bu seçkilərin nəticələrinin dünya birliyi tərəfindən qəbul olunmamasından sonra çoxları sadəlövhcəsinə güman edirdilər ki, hakimiyyətin daim apardığı repressiyalar azalmaya doğru gedəcək. 28 oktyabrda mənim qondarma cinayət işim üzrə məhkəməni izləməyə gələn yüzlərlə insanlara, çoxsaylı media nümayəndələrinə nəinki məhkəmənin izləmək üçün şəraitit yaradılmamış, onlar ora çağırılan mülki və polis formasında olan canilər (bəli məhz canilər, çünki öz millətinə qarşı vəhşilik edən dövlət məmurlarına başqa ad qoymaq mümkün deyil) tərəfindən döyülüb təhqir olunmaqla, maşınlara doldurulub və vaxtı ilə mənə də işgəncə verilən, camaat arasında “gestapo” adını qazanmış Sabunçu rayon polis idarəsinə aparılmışlar. Döyülmə və təhqir olunma orada da davam etmiş, nəticədə növbəti dəfə qondarma narkotik, cinayət, inzibati işlər peydə olmuşdur. Bu hərəkətlər xalqın rejimə qarşı olan nifrətini daha da artırmışdır. Bu hadisənin polis tərəfindən qəsdən edilməsi ona görə şübhə doğurmur ki, əvvəllər də məhkəməyə təqribən eyni sayda insanlar gəlməsinə baxmayaraq, heç bir insident olmamışdır.
31 martda mən tutulandan bir müddət sonra bütün dövlət televiziyaları məni guya hansıssa bağ, dövlət binasını yandırmağı sifariş etdiyimə dair Baş Prokurorluq və DİN-nin birgə məlumatını yaymışlar. Həmin vaxt məni əleyhimə işgəncə ilə video görüntülü ifadəsi alınan Kamran Seyidov sonradan vicdan əzabından yaşaya bilmədiyindən intihar etmişdir. İntiharın səbəbini cəmiyyətə müraciət məktubunda geniş göstərərək bütün möminlərdən üzr istəmişdir. Onun intiharından bir gün sonra DİN-nin nümayəndəsi heç bir araşdırma aparmadan bu məlumatı təkzib etmişdir. Bütün bunlar cinayətkarlıqla mübarizə deyil, onu örtbasdır etmə anlamına gəlir. DİN-in eyni qurumunda tanınmış vəkil Aslan İsmayılova belə əl qaldırılmasından çəkinməmişlər və bu məsələ də sonradan ört basdır edilmişdir.
Hakimiyyətin “uğurlu” siyasəti nəticəsində Rusiya bazarlarında çörək pulu qazanan Orxan Zeynalova qarşı Rusiya polisinin etdiyi azğın hərəkətlər 28 oktyabrda Sabunçu gestaposunun öz xalqına qarşı etdiyi vəhşiliyin yanında müqayisə olunmazdır. Nə qədər ki, bu rejim hakimiyyət başındadır, qürbətdə çörək pulu qazanan minlərlə Orxan Zeynalovların və vətənimizdə olanların əzilməsi davam edəcək. Buna görə bütün xalqımızı bu rejimə qarşı sivil mübarizədə birlşəməyə çağırıram.
Sonunda hakimiyyətə səslənirəm. Hər il milyardlarla vəsait xərclədiyiniz silahları niyə alırsınız? Qarabağı qaytarmaq niyyətiniz, gücünüz yoxdur. Görsənir ki, niyyətiniz bu silahları açıq aşkar nifrət etdiyiniz öz xalqınıza qarşı istifadə etməkdir. Unutmayın, sizin silahınız varsa, bizim ALLAHIMIZ var. Tarix boyu imanlı və əqidəlilər əqidəsizlərə qalib gəlmişlər. Bilin ki, biz qalibik!

Taleh Bağırov,
Kürdəxanı, 30.10.2013”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button