ArxivNardaranXəbər lentiXəbərlər

8 nəfər azad olundu, su kəsildi – Nardaranda

Dekabrın 31-dən Nardaran kəndinə su verilməsi dayandırılıb və kəndi su ilə təmin edən su boru xətti kəsilib.

Bu haqda “Turan İA”a kənd ağsaqqalı Natiq Kərimov bildirib.

Onun sözlərinə görə, suyun kəsiləcəyi, nə üçün kəsiləcəyi barədə kənd sakinlərinə aidiyyyatı qurumlar öncədən hər hansı xəbərdarlıq etməyib. “Kəndə gələn su Maştağa tərəfdəki anbardan gəlir və daim o sudan istifadə etmişik, indi bilmirik ki, suyu niyə kəsiblər, nə zaman veriləcək, əgər təmir edirlərsə, bu təmir nə qədər çəkəcək bu da məlum deyıl”-deyə kənd ağsaqqalı bildirib.

Onun fikrincə, bütün bunlarda məqsəd Nardaranın sosial-iqtisadi problemlərinin həlli üçün ayrılan 12 milyon vəsaiti mənimsəməkdir.

“Elektrik verilməsi üçün dirəklər kənddə var idi, əvvəl elektirk xətlərini çəkdilər, sonradan həmin dirəkləri çıxarıb yerinə yenilərini basdırdılar, yola asfalt çəkirlər, sonra həmin asfaltı qazıyıb çıxarırlar”, – deyə N.Kərimov baş verənlərə narazılıq bildirib.

Kənd ağsaqqalı Azərbaycan prezidenti İlham Əliyevə kəndin problemləri üçün ayrılan vəsaitlərin xərclənməsi üçün nəzarət yaratması xahişilə bağlı müraciət etdiyini, amma hələ ki, nəticə olmadığını da nəzərə çatdırıb.

Kərimov onu da deyib ki, 2015-ci ilin 1 dekabrında həbs olunmuş 8 sakini azadlığa buraxılıb: “Həmin şəxslər qəsəbədə noyabrın 26-da xüsusi xidmət orqanlarının keçirdikləri əməliyyat zamanı saxlanılmış, sonradan 30 sutkalıq inzibati həbs cəzası almışdılar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button