ArxivXəbər lentiXəbərlər

Türkiyənin Şırnak vilayəti müstəqilliyini elan etdi

“Cumhuriyyet” qəzetinə istinadən xəbər verir ki, Şırnak şəhər mərkəzi rayonlarında günlərdir davam edən hadisələrdən sonra DBP-nin də (Demokratik Bölgələr Partiyası) aralarında olduğu müxtəlif kürd siyasi partiya və təşkilatların yer aldığı Şırnak Xalq Məclisi demokratik muxtariyyət elan etdiklərini açıqlayıb. Xalq Məclisindən edilən açıqlamada Suruç terror aktından sonra AKP hökumətinin Kürdüstana müharibə elan etdiyi bildirilərək “Son olaraq Silopidə xalqımıza qarşı təşkil olunan terror hücumlarında 3 günahsız insanımızı qətlə yetirib. Həyata keçirilən bu qətliam qarşısında biz Şırnak Xalq Məclisi kimi dövləti inkar etməyib, lakin bu şəkildə dövlətin qurumları ilə ayaqlaşmayacağımızı, bunun üçün şəhərdə yerləşən dövlətin bütün qurumlarının bizim üçün legitimliyini itirdiyini söyləyirik. Bundan sonra xalq olaraq öz rəhbərliyimizi əsas götürərək demokratik əsasda həyatımıza davam edəcəyik. Bundan sonra da bütün hücumlar qarşısında demokratik özünümüdafiəni həyata keçirəcəyik” qeyd olunub.
Mənbə : İslamazeri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button