ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tehran “sərhəİran İslam Respublikasının Bakıdakı keçmiş səfiri Tehranın “sərhədlərin dəyişdirilməməsi” siyasətində heç bir dəyişiklik olmadğını vurğulayıb

Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin Qafqaz məsələləri üzrə eksperti, İranın Türkiyə, Azərbaycan, Kipr və Qazaxıstandakı keçmiş səfiri Əlirza Bigdeli “Təsnim” Xəbər Agentliyinə eksklüziv müsahibəsində bildirib ki, Bakının Zəngəzur dəhizinin yaradılması siyasətində israrlı qalması bölgədə yeni münaqişənin yaranmasına gətirib çıxara bilər.

İran İslam Respublikasının “sərhədlərin dəyişdirilməməsi” siyasətində heç vaxt tərəddüd etmədiyini vurğulayan diplomat qeyd edib ki, prezident Seyid İbrahim Rəisinin və xarici işlər nazirinin vurğuladıqları kimi, regionun geosiyasətinin dəyişməsi yolverilməzdir. İqtisadi Əməkdaşlıq Təşkilatı EKO-nun Aşqabad sammitində İran prezidenti bu dövlətin mövqeyini bir daha bəyan etdi. Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı və regionun geosiyasətinin dəyişməzliyi İranın qonşuluq siyasətinin ən mühüm elementidir. Ötən otuz il ərzində İran Azərbaycan Respublikasının ərazi bütövlüyünü və onun sərhədlərinin qorunmasını necə dəstəkləmişdisə, həmin prinsiplər və məntiq digər qonşulara da aiddir. İranın bütün qonşuları istisnasız olaraq bu prinsiplə İrana güvənə və arxalana bilərlər. İran bu prinsipin tətbiq olunmasında həmişə məsuliyyətli davranıb və heç vaxt tərəddüd etməyib. Ona görə də sərhədlərin dəyişdirilməsi planı işə salınarsa, İran bu məsələdə qətiyyən müşahidəçi olmayacaq.

Əlirza Bigdeli söhbətinin davamında Azərbaycan Respublikasının adətən Ermənistan sərhədini pozmadığını xatırladaraq, onun Sünik bölgəsinə hücuma hazırlaşdığına dair məlumatlara inanmadığını diqqətə çatdırıb. “Nə qədər ki, Bakı ölkənin əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz çıxış istəyir, biz bunu dəstəkləyəcəyik. Son 30 ildə biz Naxçıvanla Azərbaycan Respublikasının əsas hissəsi arasında əlaqənin kəsilməsinə imkan vermədik, Azərbaycan Respublikasının vətəndaşlarına, avtomobillərinə, təyyarələrinə öz ərazimizdən keçməyə imkan verdik. Amma əgər “Zəngəzur dəhlizi”nin konkret tərifi nəzərə alınarsa və bu gün İranda bəzilərinin yazdığı kimi, Sünik vilayətinin bir hissəsi xüsusi hüquqi rejim şəklində Ermənistan hökumətinin nəzarətindən ayrılacaqsa, o zaman vəziyyət fərqli olacaq. Belə bir hərəkətin ilk nəticəsi regionda daha otuz il müharibənin baş verməsi və qanlı münaqişənin formalaşmasıdır ki, hamıya başağrısı gətirə bilər”-, deyə Bigdeli söyləyib.

Keçmiş səfir qeyd edib: “Ermənistan Respublikası Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə, o cümlədən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinə zəmanət verir. Bu cür şəraitlərin yaradılması ikitərəfli münasibətlərdə adi haldır və onlar adətən bu cür öhdəlikləri ikitərəfli nəqliyyat və tranzit müqavilələri şəklində qəbul edirlər. Yol maneələrinin aradan qaldırılması bizim də istədiyimiz məsələdir. 1990-cı ildə başlayan Dağlıq Qarabağ müharibəsi bizim dəmiryolumuzun keçmiş sovet dəmir yolu şəbəkəsinə çıxışını kəsdi, iqtisadiyyatımıza və münasibətlərimizə ciddi ziyan vurdu. Biz çalışmalıyıq ki, bu maneələri tez bir zamanda aradan qaldıraq və dəmir yollarımızın Culfa Dəmir Körpüsü və Naxçıvan Dəmir Yolu vasitəsilə bütün Qafqaza və ondan kənara çıxışı təmin olunsun.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button