ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Nikol Paşinyan: Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağı planlaşdırmır

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səs verdikdən sonra jurnalistlərə verdiyi müsahibəsində “Qranada görüşündə sülh müqaviləsinin imzalanması gözlənilirmi?” sualına cavabda belə deyib:
“Təəssüf ki, xeyr. Çünki sənədin imzalanması nəzərdə tutulurdusa, bu o demək olardı ki, o, maraqlar balansını qoruyub saxlayıb və biz onu imzalamağa hazırıq. Biz dedik ki, sülh gündəliyi bizim prioritetimizdir və biz Azərbaycanla mümkün qədər tez – ilin sonuna qədər, gələn ilin əvvəlində sülh müqaviləsi imzalamaq istəyirik”, – deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.
Eyni zamanda, baş nazir intensiv danışıqların davam etdiriləcəyinə və tərəflərin məsələnin həllinə gələcəklərinə ümid etdiyini bildirib.
Sazişin ilin sonuna qədər imzalanacağını ehtimal edib-etməməsi ilə bağlı suala Paşinyan deyib ki, o, “bunu həmişə mümkün hesab etməlidir”.
“Mən belə bir müqavilə imzalamaq üçün siyasi öhdəlik götürmüşəm.Və bu, nə qədər geciksə, öhdəlik baxımından bir o qədər pisdir. Bu vəziyyətin dəyişəcəyinə ümid etdiyimiz üçün bunu mümkün hesab edirik”, – deyə Ermənistan lideri bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifinin İrəvana edilib-edilməməsi ilə bağlı sualını isə belə cavablandırıb: “Müxtəlif təkliflər və ideyalar var, mən heç birini açıqlamaq istəmirəm.
problem ondadır ki, bu, münasibət bildirəcəyim yeganə ideya deyil. Biz bütün məsələyə baxmalıyıq”, – Paşinyan bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə liderlərinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsini təklif edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button