ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İİR XİN-dən Qrossinin bəyanatına cavab

Nasir Kənani-Çafi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin İran İslam Respublikasının agentliyin bir neçə təcrübəli müfəttişinin təyin edilməsinin ləğvi sahəsindəki addımına dair bəyanatına cavab olaraq, deyib: Təəssüflər olsun ki, üç Avropa ölkəsi və Amerika/ İran İslam Respublikasının agentliklə ardıcıl, konstruktiv və müsbət anlaşmasına rəğmən, İran-MAQATE əməkdaşlığı atmosferini pozmaq məqsədi və tələblərini artırmaqla direktorlar şurasının mühitindən öz siyasi məqsədləri üçün sui-istifadə ediblər.

İran diplomatiya aparatının sözçüsü əlavə edib: İran İslam Respublikası bundan qabaq bu kimi siyasi sui-istifadələr, o sıradan agentliyin aurasını siyasiləşdirmək üzrə səylərin nəticələri barədə lazımi xəbərdarlıq vermişdi.

Kənani-Çafi vurğulayıb: İran İslam Respublikası Qərb ölkələrinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də daxil olmaqla beynəlxalq təşkilatlardan sui-istifadə siyasətindən çəkinəcəkləri və həmin təşkilatların öz peşəkar və tərəfsiz fəaliyyətlərini siyasi təzyiqlərdən uzaq şəraitdə yerinə yetirmələrinə icazə verəcəklərini gözləyir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi belə bir halda qeyd edibdir ki: İran İslam Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tərəfsizliyinə təkidlə, əldə olunmuş razılaşmalar çərçivəsində agentliklə pozitiv əməkdaşlıqlarını davam etdirəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button