ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran XİN rəhbərinin müavini Hikmət Hacıyevlə görüşüb

İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Qafqaz.ir-nin məlumatına əsasən, Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçirilən konfransda İran XİN rəhbərinin müavini və Hikmət Hacıyev görüşüblər.

Həmçinin İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur BMTM-nin təşkilatçılığı ilə keçirilən sözügedən konfransda çıxış edib.

O bildirib: “Artıq Azərbaycanda yeni reallıq mövcuddur. 30 ildən çox işğal altında olan torpaqlarını azad etməsi münasibətilə Azərbaycanı təbrik edirəm. Bu sadəcə milli məsələ deyil, eyni zamanda, regional əhəmiyyət kəsb edir. Biz istər emosional, istərsə də siyasi zəmində buna mühüm əhəmiyyət veririk. Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz yaxşıdır, eyni zamanda bu, Türkiyə ilə də belədir. Ümid edirəm ki, bu konfransda biz daha səmərəli regional əməkdaşlığı müzakirə edəcək, istər beynəlxalq, istərsə də regional analizlərimizi, təhlillərimizi paylaşacağıq. Bu, istər ikitərəfli, istərsə də üçtərəfli münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button