ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Türkiyə, İran və Azərbaycanın üçtərəfli görüşü Tehranda keçiriləcək

Türkiyə, İran və Azərbaycan Respublikasının ənənəvi üçtərəfli görüşü yaxın zamanlarda Tehranda keçiriləcək.

Qafqaz.ir İRNA-a istinadla xəbər verir ki, bu barədə İran və Türkiyənin xarici işlər nazirləri danışıqlar aparıblar.

Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında görüşən Mövlud Çavuşoğlu və Hüseyn Əmir-Abdullahiyan ikitərəfli və üçtərəfli görüşləri və onların gündəmini müzakirə ediblər.

Məlumata görə tərəflər İran, Türkiyə və Azərbaycan Respublikasının üçtərəfli görüşünün yaxın zamanlarda Tehranda keçirilməsində razılığa gəliblər.

Həmçinin iki XİN rəhbəri Suriya və Əfqanıstan məsələsini də müzakirə ediblər.

Bu görüşdə həmçinin bildirilib ki, prezident İbrahim Rəisi Türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanı Tehrana rəsmi səfərə dəvət edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button